Ekspert: “Dövlət maraqları ifadə azadlığını pozmamalıdır”

Avqustun əvvəlində cəbhədə gərginliyin artması Azərbaycanda bir çox medianın ekstremal şəraitdə işləməyə hazır olmadığını göstərdi. Bu, əsasən cəbhəyanı zonadan informasiyaların yayılmasında özünü göstərirdi. Belə ki, yazılarda çox vaxt qoşunların dislokasiyası, texnikanın yerləşdirilməsi haqqında məlumatlar açıqlanırdı.

Bu barədə media sahəsində ekspert Ələsgər Məmmədli Turan-ın müxbiri ilə söhbətində KİV-in hərbi mövzunu işıqlandırarkən dövlət sirrinə əməl etməsinin vacibliyi barədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin bəyanatını şərh edərkən bildirib.

Ə.Məmmədli hesab edir ki, media və jurnalistlərn ekstremal şəraitdə bilik və bacarıqlarının artırılması üzrə maarifləndirici işin aparılmasına ehtiyac var.

R.Mehdiyevin bəyanatına gəlincə, mətbuat ölkənin uğurlu inkişafından yazmalıdır, mətbuat müsbət faktların obyektiv işıqlandırılması ilə yanaşı neqativ halları da tənqid etməlidir, Ə.Məmmədli hesab edir.

Ekspert deyib ki, tənqid də inkişafa xidmət edir. Odur ki, konstitusion ifadə azadlığı hüququ nəzərə alınmaqla balansa riayət etmək lazımdır.

260 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Ekspert: “Dövlət maraqları ifadə azadlığını pozmamalıdır”

30 Ağustos 2014

By
@
backtotop