Gənc bloqerin vəsatəti təmin olunmadı – VİDEO

omer_memmedov“Sizi də mənim kimi şərləsəydilər o zaman nə hiss etdiyimi anlayardınız”

Mayın 29-u Bakı Ağır Cinayətlər Məhkəməsində bloqçu Ömər Məmmədovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
“Facebook” fəalı, “AzTV-dən seçmələr” səhifəsinin admini olmuş 19 yaşlı blogger Ömər Məmmədovun işi üzrə məhkəmə istintaqı  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə davam edir. O, külli miqdarda narkotik satışı ittihamı ilə mühakimə olunur. Lakin Ömər Məmmədov hesab edir ki, onu sosial şəbəkələrdəki fəaliyyətinə görə həbs ediblər.
Prosesdə ilk olaraq Ömər Məmmədovun vəkillərindən biri olan Xalid Bağırov çıxış etdi. O, məhkəməyə bir neçə vəsatət verdi. X.Bağırov çıxışında hal şahidlərindən danışdı: “Çox maraqlı bir fakt var. Ömər Məmmədovun prosesində iştirak edən hal şahidlərində biri mənimlə tez-tez qarşılaşır. Nədənsə onunla ən azı 2-3 dəfə başqa proseslərdə qarşılaşmışıq. Hər dəfə də hal şahidi qismində qarşıma çıxıb. Deyəsən onun vəzifəsi hal şahidi olmaqdır”.
Ö.Məmmədovun digər vəkili Əlayif Həsənov da çıxış etdi: “Biz tələb edirik ki, Ö.Məmmədovun atası da dindirilsin. Onun çıxışı çox vacibdir. Mən bir məsələyə toxunmaq istəyirəm. Çox maraqlı bir şey var. Ö.Məmmədovun üzərinə baxış keçirilən zaman narkotik vasitə tapıldığı iddia edilir. Həmin narkotik vasitənin çəkisini ölçmədən, onu ekspertizaya göndərmədən artıq yerindəcə sənəd tərtib edilib. Həmin sənəddə də onun tərkibi və çəkisi qeyd olunub. Onlar bunu öncədən necə bilirdilər? O zaman elə çıxır ki, belə getsə gələcəkdə cinayət işini başqasına açıb, bir başqasını həbs edəcəklər ?”
Şahid qismində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İlkin Əkbərov dindirildi. Vəkillər və dövlət ittihamçısı şahidə suallar verməyə başladılar. Dövlət ittihamçısının bir sualına vəkillər etiraz etdi. Səbəb isə həmin sualın özünün bir cavab olması idi.
Hakim Ö.Məmmədova irad tutdu:
– Əllərini cibindən çıxart. Sağa-sola hərəkətini də dayandır.
– Sizi də mənim kimi şərləsəydilər o zaman nə hiss etdiyimi anlayardınız.
Vəkil Əlayif Həsənov musavat.com-a deyib ki, bu prosesdə bir neçə vəsatət verilib: “Yalnız Ömərin xarici pasportunun cinayət işinə əlavə olunması barədə vəsatətimiz təmin edildi. Öməri narkotik vasitələrin satışında günahlandırırlar, onun daim izləndiyini deyirlər, ancaq bu absurddur. Ömərin xarici pasportundan görünür ki, ölkə hüdudlarından kənarda olub. Digər vəsatətlərdən biri o idi ki, Ömərin işində hal şahidi olan şəxslər məhkəmədə dindirilsin. Ömərin işində hal şahidliyi edən şəxslərin heç də təsadüfi hal şahidi olmadığı, həmin şəxslərin başqa vaxtlarda digər proseslərdə də hal şahidi olduqlarını dəqiqləşdirmişik. Vəsatətimiz təmin olunmadı”.
Proses iyunun 6-da davam etdiriləcək.
Məhəmməd Türkmən
Fotolar müəllifindir

234 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Gənc bloqerin vəsatəti təmin olunmadı – VİDEO

30 Mayıs 2014

By
@
backtotop