Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsində problemlər müzakirə edilib

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə “Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsində həyata keçirilən islahatlar və problemlər” mövzusunda “dəyirmi masa” keçirib.

Tədbirdə Ədliyyə Nazirliyi, Baş Prokurorluq, prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi və digər dövlət orqanlarının,  vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.

İştirakçılar bildiriblər ki,  son illərdə vətəndaşlıq vəziyyəti aktlarının reyestri sahəsində şəffaflığın və səmərəliliyin təmin edilməsi məqsədilə qanunvericilikdə bir sıra dəyişikliklər edilib.

Amma qanunvericilikdə dəyişikliklər edilməsinə, elektron xidmətlərin təqdim olunmasına baxmayaraq, çətinliklər hələ də qalmaqdadır.

Vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri hesab edirlər ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsində korrupsiya risklərini minimuma endirmək istiqamətində qarşıya çıxan problemlər aradan qaldırılmalıdır.

300 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsində problemlər müzakirə edilib

29 Ağustos 2014

By
@
backtotop