Çingiz Qənizadə cəzaçəkmə müəssisələrində mühazirə ilə çıxış edib

cingiz_qenizadeMillət vəkili Çingiz Qənizadə bu gün Penitensiar Xidmətin qadınların saxlandığı 4 saylı cəzaçəkmə müəssisəsində və yetkinlik yaşına çatmayanların saxlanıldığı tərbiyə müəssisəsində görüş keçirib.
Məhkumlar qarşısında mühazirə ilə çıxış edən Çingiz Qənizadə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunu və əfv institutu barədə onlara ətraflı məlumat verib.
Bir neçə gün bundan öncə dövlət başçısı tərəfindən imzalanmış növbəti əfv fərmanı haqqında da məlumat verən millət vəkili qeyd edib ki, əfv fərmanının imzalanması prezidentin humanistliyinin bariz nümunəsidir. “İndiyə kimi Azərbaycanda çox qısa bir vaxt ərzində 10 amnistiya aktı və 50-dən çox əfv fərmanının imzalanması dünyada analoqu olmayan bir tendensiyadır”, – deyə millət vəkili vurğulayıb.
Daha sonra məhkumlarla diskussiya keçirilib. Gələcəkdə bəzi qanunlara ediləcək dəyişikliklər barədə məlumat verən Çingiz Qənizadə məhkumları maraqlandıran suallara da aydınlıq gətirib.
Tədbirdə Penitensiar Xidmətin nümayəndələri də iştirak edib.
229 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Çingiz Qənizadə cəzaçəkmə müəssisələrində mühazirə ilə çıxış edib

30 Mayıs 2014

By
@
backtotop