“Azadlıq” qəzetinin çapı dayandırıla bilər

“Avqustun sonunda “Azadlıq” qəzeti yenidən çapını dayandıra bilər. Çünki “Azərbaycan”  nəşriyyatı avqustun 31-dək borclarımızın ödənilməsi üçün vaxt qoyub”, –  “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Turan-a bildirib.

Onun sözlərinə görə, qəzetin nəşriyyata 15 min manat borcu yaranıb. “Bununla yanaşı “Qasid” mətbuat yayımı firmasının  “Azadlıq” qəzetinə  72 min manat borcu var. Şirkət qəzetin satışından əldə edilən vəsaiti redaksiyanın hesabına ödəmir. Beləliklə, qəzet nəşriyyata olan borcunu ödəyə bilmir”, – o qeyd edib.

Avqustun 27-də saat 12:00-da “Azadlq” qəzetinin kollektivi “Qasid” firmasının qarşısında etiraz aksiyası keçirib.

358 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

“Azadlıq” qəzetinin çapı dayandırıla bilər

27 Ağustos 2014

By
@
backtotop