ATƏT İlqar Nəsibovun vəhşicəsinə döyülməsindən şok olub

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Naxçıvanda jurnalist və hüquq müdafiəçisi İlqar Nəsibovun vəhşicəsinə döyülməsi ilə bağlı qəzəbini bildirib.

“Azərbaycan hakimiyyətini Nəsibova bu dəhşətli hüumu tam və müstəqil şəkildə araşdırmağa və təqsirli şəxsləri məsuliyyətə cəlb etməyə çağırıram”, deyə Miyatoviç bildirib.

“Bu cinayət ifadə və mətbuat azadlığının səmərəsini tamamilə dondurur və jurnalistlərə qarşı yeni cinayətlərə səbəb ola bilər”, deyə o qeyd edib.

Bu cinayət Azərbaycan KİV-nə qarşı bitmək bilməyən repressiyalar dalğası fonunda baş verib. Belə ki, son günlər Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna təzyiq başlayıb. Onların bank hesabına həbs qoyulduqdan və əmlakı müsadirə edildikdən sonra hüquq-mühafizə orqanları ofislərinə möhür vurub.

“Müstəqil mətbuatın, media fəallarının və ifadə azadlığının bu şəkildə boğulmasına dərhal son qoyulmalıdır. Azərbaycan hakimiyyəti bu təcrübəyə son qoymaq üçün əlindən gələni etməlidir”, deyə Miyatoviç qeyd edib.

316 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ATƏT İlqar Nəsibovun vəhşicəsinə döyülməsindən şok olub

22 Ağustos 2014

By
@
backtotop