“AŞPA-nın bəşəriyyət tarixinə sülh, demokratiya və firavanlıq çarcısı kimi düşəcəyinə inanırıq” – ADİHİ-nin təbrik məktubu

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu AŞPA-nın 65 illik yubileyi münasibətilə Strasburqa məktub göndərib.

Təbrik məktubunda deyilir:

“Bugün Avropa Şurası Parlament Assambleyasının fəaliyyətə başlamasından 65 il ötür. Məhz 10 Avqust 1949-cu il tarixində parlamentlərarası qurum olan AŞPA özünün ilk toplantısını keçirmişdir. II Dünya Müharibəsinin bitməsindən cəmi 4 il sonra meydana gəlmiş belə bir qurumun gələcəkdə daha da genişlənərək, dünyanın 47 ölkəsini birləşdirib, 820 milyon insanın yaşadığı bir coğrafiyanı əhatə edəcəyini təsəvvür etmək çətin idi. Lakin bu, baş verdi və AŞPA bugün dünyanın müqəddəratını istiqamətləndirən beynəxalq bir quruma çevrilə bilib.
İlk iclasında 12 ölkədən 100-ə yaxın nümayəndənin iştirak etdiyi AŞPA-da bugün 318 nümayəndə təmsil olunur ki, bu da Avropanın bütün ölkələrini əhatə etməkdədir.
Ötən 65 il ərzində AŞPA çox həlledici anlar yaşamış və Avropanın daha müasir, dünyəvi və demokratik bir cəmiyyətə çevrilməsi üçün mühüm qərarlar qəbul etmişdir. Bugün AŞPA özünün milli, irqi, etnik və siyasi baxışlarından asılı olmayaraq, bütün millətlərin bir yerdə ola biləcəyi və bəşəriyyəti düşündürən məsələlər ətrafında fikir mübadiləsi apara biləcəyi bir məkandır.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu olaraq, ölkəmizin AŞPA üzvlüyündən qürur hissi duyur və dünyanın bütün xalqları ilə birlikdə qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərəcəyimizə inanırıq. AŞPA üzvü olan bütün ölkələri 65 illik yubiley münasibətilə təbrik edir, AŞPA-nın bəşəriyyət tarixinə sülh, demokratiya və firavanlıq çarcısı kimi düşməsini diləyirik.”

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu – ADİHİ
9 Avqust 2014-cü il, Bakı şəhəri

283 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

“AŞPA-nın bəşəriyyət tarixinə sülh, demokratiya və firavanlıq çarcısı kimi düşəcəyinə inanırıq” – ADİHİ-nin təbrik məktubu

09 Ağustos 2014

By
@
backtotop