ADİHİ: “Mətbuat nümayəndələrinə münasibətdə qeyri-bərabər rəftar müşahidə olunmaqdadır”

22 İyul Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd edilir. Bu gün ilk nömrəsi 1875-ci ilin İyul ayının 22-də çapdan çıxmış “Əkinçi” qəzetinin adı ilə bağlıdır.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar olaraq, açıqlama ilə çıxış edib. Açıqlamada qeyd olunur ki, bugün Azərbaycan mətbuatı əvvəlki illərə nisbətən xeyli irəliləyişlərə nail ola bilib. Bu, əsasən qəzet və jurnallların sayının artması ilə yanaşı, yeni media sayılan elektron medianın çoxalması və sərbəst şəkildə fəaliyyət göstərməsi ilə bağlıdır. Belə ki, hazırda Azərbaycanda elektron media ənənəvi mətbuatı xeyli qabaqlayıb və operativ xəbər mənbəyi rolunu öz üzərinə götürə bilib.

Mətbuat sahəsində çalışanlara dövlət qayğısı da ötən illərə nisbətən artıb:

  • Mənzilsizlik probleminin aradan qaldırılması istiqamətində ciddi addımlar atılıb. Prezident İlham Əliyevin sərəncamı ilə inşa edilən 156 mənzillik bina 2013-cü ildə jurnalistlərin istifadəsinə verilib. Paralel olaraq ikinci binanın inşasına başlanılıb ki, bu da mənzil problemi olan jurnalistlərin bu qayğıdan birdəfəlik qurtarmasına şərait yaradıb.
  • Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist müsabiqələri vasitəsilə çoxsaylı jurnalistlərin mükafatlandırılmaları jurnalistlərin gəlirlərinin artmasına təsir edən amillər sırasındadır. Məlumat üçün bildirək ki, 2013-ci ildə 200-dən artıq jurnalist bu müsabiqələrin qalibi olaraq əlavə maddi gəlir əldə ediblər.
  • Media işçilərinin banklardan kredit almaq imkanlarının yaranması ötən illərin yenilikləri sırasında qeyd edilir. Ötən illər ərzində bankların jurnalistlərə kreditlər verməkdən imtina etmələri ciddi problem olaraq qalırdı.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu olaraq, ölkə mətbuatına edilən bu yardımları alqışlamaqla yanaşı, bu sahədəki mövcud problemləri də diqqətə çatdırmağı özümüzə borc bilirik:

  • Belə ki, sözügedən yardımlar heç də bütün jurnalistlərə münasibətdə müşahidə olunmur. Mətbuat nümayəndələri arasında da ayrı-seçkilik meylləri müşahidə edilməkdədir. Müxalif mövqedə dayanan mətbuat orqanlarına dövlət qayğısı minimum səviyyədədir. Bu mətbuat orqanlarında çalışan jurnalistlərə qarşı zaman-zaman zorakılıq halları, təqib və təhqir faktları müşahidə olunur ki, istintaq orqanları bu kimi halları araşdırmaqda maraqlı görünmürlər.
  • ADİHİ olaraq bildiririk ki, bir çox mətbuat orqanlarında işçilərlə fərdi əmək müqavilələri bağlanmır ki, bu da həm vergidən yayınma hallarının baş verməsinə, həm də işəgötürülən jurnalistlərin sosial təminatının olmamasına gətirib çıxarır. Media məkanında tibbi sığorta təcrübəsi yoxdur və ya minimum səviyyədədir. Paytaxtla müqayisədə regionlarda jurnalistlərin aylıq maaşı çox-çox aşağı səviyyədədir.
  • Müxtəlif icra nümayəndələrinin ayrı-ayrı jurnalistlərə qarşı qaldırdıqları məhkəmə iddiaları ölkədə söz və ifadə azadlığına ciddi əngəllər yaratmaqdadır.

Qeyd etməliyik ki, mətbuat sahəsində qeyri-peşəkarların çoxluq təşkil etməsi bu sahədə ciddi kadr çatışmazlığına gətirib çıxarıb. Fərqli peşə sahibləri mətbuat sektorunda fəaliyyət göstərirlər ki, bu da ölkə mətbuatının ümumi səviyyəsini aşağı salmaqla yanaşı, ictimaiyyətin mətbuat işçilərinə inamını azaltmış olur.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu – ADİHİ
Bakı şəhəri, 22 İyul 2014-cü il

314 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ADİHİ: “Mətbuat nümayəndələrinə münasibətdə qeyri-bərabər rəftar müşahidə olunmaqdadır”

22 Temmuz 2014

By
@
backtotop