ADİHİ: “Hüquq müdafiəçisi Həsən Hüseynlinin həbs edilməsi vətəndaş cəmiyyətində ümidsizlik yaradıb” – Bəyanat

14 İyul tarixində Gəncə şəhəri Nizami məhkəməsi “Kamil vətəndaş” Mülki Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin barəsində hökm çıxarıb. O, xuliqanlıqda, qanunsuz soyuq silah saxlamaqda təqsirli blinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu olaraq, istintaqın ilk günündən bu prosesi diqqətdə saxlayır və hesab edirik ki, vətəndaş cəmiyyətinin fəal üzvlərindən olan Həsən Hüseynliyə qarşı irəli sürülən ittiham bir qədər şübhəli məqamlardan xəbər verir və məsələnin yenidən ciddi şəkildə araşdırılmasına ehtiyac var.

ADİHİ olaraq, bəyan edirik ki, əsasən gənclər arasında maarifləndirmə işləri ilə məşğul olan Həsən Hüseynlinin kiməsə bıçaq xəsarəti yetirməsinə inanmır və onunla bağlı məhkəmənin çıxardığı qərardan təəssüfləndiyimizi bildiririk. Ziyalı kimi tanınan Həsən Hüseynlinin uzun müddətə həbs edilməsi təkcə onu sevənlərin və yaxınlarının deyil, geniş ictimaiyyətdə də dərin məyusluq hissi yaratmış və vətəndaş cəmiyyətinin gələcək inkişafına ciddi zərbə vurmuşdur. Bu sahədə fəaliyyət göstərən digər QHT nümayəndələrində böyük ümidsizlik yaradan bu həbsin yenidən araşdırılıb ədalətli nəticə ortaya qoyulmasını istəyir və Azərbaycan hakimiyyətinin bu məsələyə yenidən baxmasını məqsədəuyğun hesab edirik.

ADİHİ olaraq, inanırıq ki, fundamental azadlıqların dəstəklənməsi Azərbaycanın uzun müddətli sabitliyinə və tərəqqisinə təkan verəcək.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu
16 İyu 2014-cü il, Bakı şəhəri

270 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ADİHİ: “Hüquq müdafiəçisi Həsən Hüseynlinin həbs edilməsi vətəndaş cəmiyyətində ümidsizlik yaradıb” – Bəyanat

16 Temmuz 2014

By
@
backtotop