Bakıda Aİ-nin Gürcüstan, Moldova və Ukrayna ilə saziş imzalaması ilə əlaqədar tədbir

IMG_5BF708-49604E-D6EF87-F03EE3-CFEE3C-28AA17
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi cümə axşamı Aİ-nin Gürcüstan, Moldova və Ukrayna ilə assosiasiya sazişləri imzalaması ilə əlaqədar təntənəli mərasim təşkil edib.

Aİ-nin Bakı nümayəndəliyinin rəhbəri Malena Lard sözügedən sazişlərin imzalanmasını Avropa üçün əlamətdar hadisə adlandırıb.

O, öz çıxışında Aİ Şurasının prezidenti Herman Van Rompeyin bununla bağlı bəyanatını xatırladıb. H.V.Rompey sazişlərin imzaladığı günü – iyunun 27-ni “Avropa üçün böyük gün” və Aİ-nin Gürcüstan, Moldova və Ukraynaya tam dəstək ifadə etdiyi gün adlandırıb.

Gürcüstan səfiri Teymuraz Şaraşenidze bildirib ki, Aİ ilə assosiasiya sazişinin imzalanması gürcü xalqının Avropa dəyərlərini seçməsinin əksini tapması adlandırıb.

İndi avrointeqrasiya təkcə Gürcüstanın xarici siyasətinin bir istiqaməti deyil, həm də daxili siyasətdə dəyərli istiqamətdir.

Aİ ilə assosiasiya ticari tariflərin və vizaların ləğvi sayəsində Gürcüstan iqtisadiyyatı və biznesi üçün yeni imkanlar açır, deyə Şaraşenidze bildirib.

Moldova diplomatik missiyasının nümayəndəsi də ölkəsinin avrointeqrasiyaya və Aİ ilə tərəfdaşlığın dərinləşdirilməsinə sadiqliyini vurğulayıb. Onun fikrincə, Avropa ilə iqtisadi inteqrasiya ölkə əhalisinin həyat səviyyəsinin artırılmasına şərait yaradacaq və bu amil Dnestryanı münaqişəsinin tənzimlənməsinə də müsbət təsir göstərəcək.

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko qeyd edib ki, Kiyev maydanındakı hadisələr Ukrayna cəmiyyətinin Avropa dəyərlərinə şərik olduğunu və Ukraynanın Avrointeqrasiyaya hazır olduğunu göstərib.

O qeyd edib ki, Aİ ilə assosiasiya sazişi imzalayan Ukrayna ali dəyərlər kimi demokratiyaya, qanunun aliliyinə sadiq olduğunu təsdiq etdi və bu kursu əsas məqsədi gələcəkdə Aİ-yə üzvlük olan müstəqil siyasət kimi seçib.

270 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Bakıda Aİ-nin Gürcüstan, Moldova və Ukrayna ilə saziş imzalaması ilə əlaqədar tədbir

03 Temmuz 2014

By
@
backtotop