İlham Əliyev AŞPA-da: çıxış, etirazlar və insan haqları sualları

140624143046_ilham_aliyev_bbc_pace_speech24062014_512x288_bbc_nocredit
Prezident İlham Əliyevin Strasburqda Avropa Şurası Parlament Assambleyasında (AŞPA) çıxışı zamanı bir neçə azərbaycanlı mühacir aksiya keçirib.
Cənab Əliyev çıxışa başlayandan az sonra üzərində həbsdəki N!DA üzvlərinin şəkli olan köynəkləri geymiş azərbaycanlı fəallar dəvətlilərin eyvanının önünə keçiblər və prezident çıxışını müvəqqəti dayandırmalı olub, BBC Azərbaycancanın Strasburqdakı müxbiri Leyla Nəcəfli məlumat verir.

Aksiyaçılar qaydalara riayət etməyə dəvət olunublar və qısa fasilədən sonra Prezident Əliyev çıxışına davam edib.
İlham Əliyev aksiyaya dərhal münasibət bildirməsə də, sessiyanın sonuna yaxın suallara cavablarından biri olaraq deyib: “Orada oturanlar [aksiyaçılar] 92-93-cü illərdə nə baş verdiyindən xəbərsizdirlər. Buna görə onları qınamaq olmaz, onları yoldan çıxarıblar”.
İlham Əliyevin AŞPA-dakı çıxışı Azərbaycanın sədrlik planı barədə olsa da, cənab Əliyev nitqinin böyük hissəsini Dağlıq Qarabağ münaqişəsinə və onun həllində irəliləyişin olmadığının səbəblərinə həsr edib.

Qarabağ

“Ermənistan prezidentinin sələfi Azərbaycan və Ermənistan xalqının uyuşmazlığı barədə danışmışdı, Azərbaycan heç bir xalqla uyuşmazlığı yoxdur. Ermənistanda isə yaşayanların 99 faizi ermənidir”.
Çıxışdan sonra cənab Əliyevə ünvanlanan sualların əksəriyyəti isə ölkənin demokratik durumu barədə olub.
Birinci sualı verən irlandiyalı Assambleya üzvü Michael McNamaranın sualı alqışlarla qarşılanıb: “Azərbaycanda siyasi məhbusların sayı – İlqar Məmmədov, Anar Məmmədli, N!DA hərəkatının üzvləri – sizin bu quruma sədrlik etməyinizin legitimliyini azaldırmı və siz onları buraxacaqsınızmı?”

İlham Əliyev bu sualı cavablayarkən deyib ki, Azərbaycanda siyasi məhbuslar yoxdur.
“Dedikləriniz ya səhv məlumat üzərində, ya da ölkəmizə qarşı qərəzliyiniz üzərində qurulub. Sualınızı yəqin, xüsusi maraqları olan şəxs yazıb”, cənab Əliyev iddia edib, və bunun “heç bir nəticə gətirməyəcəyini” deyib.
Michael McNamara nitqlərini və suallarını özü yazdığını vurğulayıb.

Leyla Yunus və kobud rəftar

Cənab Əliyev buna oxşar sualları cavablayarkən təkrarlayıb ki, Azərbaycanda senzura və media azadlığının olmaması barədə heç bir söhbət gedə bilməz, çünki “ölkədə azad internet var və bundan əhalinin 70 faizi istifadə edir”.
Ona hüquq müdafiəçisi Leyla Yunusa qarşı kobud rəftar barədə sual da ünvanlananda cənab Əliyev əksinə Leyla Yunusun polisə qarşı kobud rəfdat etdiyini iddia edib. “O, polisi fiziki və şifahi təhqir edib”.
Amma cənab Əliyevdən ən sərt reaksiya doğuran sual, britaniyalı Assambleya üzvü Paul Flynn-in sualı idi.
“Azərbaycanda jurnalistlər qondarma ittihamlarla həbs edilir, seçkilər saxtalaşdırılır, bunda iştirak edən adamlarla danışmışam”, o deyib.
“Siz sualınızda iki dəfə yalan danışmısınız!” Prezident Əliyev deyib. “2009-cu ildən bəri heç bir jurnalist həbs edilməib. Seçkilərin saxtalaşdırılmasına gəldikdə isə AŞPA, ATƏT PA və Avropa Parlamentinin monitorinqçiləri seçkiləri müsbət dəyərləndirib. Nəyə görə yalan deyirsiniz?”
Paul Flynn seçki qutularına topa-topa bülletenlərin qoyulduğunu deyəndə cənab Əliyev deyib: “Bu yəqin sizin ölkədə baş verir!”
Ilham Əliyev prezident qismində Avropa Şurasının iclasında ikinci dəfə iştirak edir. Prezident olmazdan əvvəl İlham Əliyev Assambleya üzvü idi.
Azərbaycan mayın 14-dən AŞ Nazirlər Komitəsinə sədrlik edir. Sədrlik altı ay davam edəcək.

BBC Azeri

221 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

İlham Əliyev AŞPA-da: çıxış, etirazlar və insan haqları sualları

25 Haziran 2014

By
@
backtotop