Sərhədsiz reportyorlar Azərbaycan jurnalistlərinə azadlıq tələb edib

8f997f82da35
İyunun 24-də Strasburqda Sərhədsiz Reportyorlar beynəlxalq qurumunun təmsilçiləri Avropa Şurasının binası önündə Azərbaycan jurnalistlərinin azadlığı tələbi ilə aksiya keçirib.

Aksiya təşkilatçıları bildirib ki, Azərbaycanda illərdir söz azadlığı ilə bağlı problemlər çözülmür, jurnalistlər peşə fəaliyyətlərinə görə həbs edilir, ölkədən getmək məcburiyyətində qalır. Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi bir dönəmdə, İlham Əliyevin çıxışına dəqiqələr qalmış belə bir aksiyanın keçirilməsinin əsas məqsədi Avropa Şurası təmsilçilərinin diqqətini bir daha Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə yönəltmək, siyasi məhbusların, o sıradan həbsdə olan jurnalistlərin azadlığa çıxmasını üçün rəsmi Bakıdan tələb etməkdir.

Aksiyada çıxış edənlər Azərbaycanda azad sözün boğulmasını iddia edib. Onlar ölkədə heç bir telekanalın müstəqil olmadığını, müstəqil qəzetlərə qarşı məhkəmə hökmləri ilə ciddi basqılar olduğunu dilə gətirib. Aksiyada “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı da iştirak edib.

Aksiya keçirilən dəqiqələrdə polis Avropa Şurasına əsas girişi bağlayıb. Polis aksiyaya müdaxilə etməyib. Prosesi Azərbaycan nümayəndə heyətinin qeyri-rəsmi təmsilçiləri də izləyib.

314 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Sərhədsiz reportyorlar Azərbaycan jurnalistlərinə azadlıq tələb edib

24 Haziran 2014

By
@
backtotop