İlham Əliyev: Biz söz azadlığını məhdudlaşdırmaq istəmirik

1608
Çərşənbə axşamı Strasburqda AŞPA-nın sessiyasında Azərbaycan prezidenti İlham Əliyev çıxış edib. Onun çıxışı Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyə başlaması ilə əlaqədar olub.

Əliyevdən əvvəl çıxış edən AŞPA prezidenti An Brasser İlham Əliyevin 2004-cü ildə AŞPA-ya daxil olarkən demokratiya və insan hüquqlarına, islahatlara riayət edilməsi zərurətindən bəhs etdiyini xatırladıb. “Demokratiya və şəffaflıq olmadan inkişaf olmaz”, deyə Brasser Əliyevdən sitat gətirib və əlavə edib ki: “Ümid edirəm ki, Siz indi də belə düşünürsünüz və deyilənlərə uyğun hərəkət edəcəksiniz”. O xatırladıb ki, həbsdə olan bəzi jurnalistlərə və fəallara baş çəkmək üçün imkan yaradılmasını istəmişdi. “Biz Sizinlə bu məsələləri Bakıda müzakirə etmişdik, bu gün burada ümid edirəm ki, bizə belə bir imkan yaradılacaq”, deyə o bildirib.

Öz çıxışına başlayan Azərbaycan prezidentinin sözünü sədr kəsib, o, fotoreportyorlardan deputatlara Əliyevi dinləməyə mane olmamağı xahiş edib və iştirakçılardan çıxış zamanı replika atmamağı xahiş edib.

Daha sonra o bildirib ki, 2004-cü ildəki çıxışını yaxşı xatırlayır və Azərbaycan “Avropa Şurası qarşısındakı öhdəliklərini yerinə yetirib və yetirir”.

“Biz bunu ona görə etmirik ki, buna məcburuq, ona görə edirik ki, bu, bizim özümüzə lazımdır. Bizdə bütün azadlıqlar, o cümlədən söz, ifadə, din, toplaşmaq azadlığı və s. təmin edilib. Biz söz azadlığını məhdudlaşdıra bilmərik, biz onu təşviq edirik”, deyə Əliyev bildirib.

Daha sonra o qeyd edib ki, hökumət İnternetin inkişafında maraqlıdır və bu sahəyə böyük investisiyalar edir.

231 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

İlham Əliyev: Biz söz azadlığını məhdudlaşdırmaq istəmirik

24 Haziran 2014

By
@
backtotop