Leyla Yunusun siyahısında olan hakim ittihamlara cavab verdi

img1595140
Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynov hüquq müdafiəçisi Leyla Yunusun hazırladığı “Maqnitski Siyahısı”na adının düşməsinə münasibət bildirib.

Ağır Cinayətlər Məhkəməsinin hakimi Aktual.az-a bildirib ki, bu, Leyla Yunusun subyektiv fikirləridir:

“Leyla Yunus çox şey deyə bilər. Mən Leyla Yunusun fikirlərinin əleyhinə çıxa bilmərəm. Nə də onun ittihamlarını qəbul edə bilmərəm. Yenə deyirəm, bu, onun şəxsi fikirləridir. O, siyahısını Amerikaya, Avropa Birliyinə, Avropa İnsan Haqları Məhkəməsinə də göndərə bilər. Mən onun göndərdiyi siyahıya embarqo qoymaq düşüncəsində və hüququnda deyiləm”.

O, “Nida”çıların işində qeyri-obyektivliyə yol verməsi barədə haqqında səslənən ittihamlara belə cavab verib:

“Məhkəmə qərarından apelyasiya şikayəti verilib. O işə apelyasiya qaydasında baxılacaq. Biz onların apelyasiya şikayəti hüquqlarını müdafiə eləmişik və apelyasiya məhkəməsinə göndərmişik. Məhkəmədə bu işə baxılıb, qanuni hüquqi qiymət veriləcək. Məhkəmənin qərarından bizim nə qədər haqlı və ya haqsız olduğumuz üzə çıxacaq”.

Xatırladaq ki, L.Yunusun hazırladığı “Maqnitski Siyahısı”na, ilkin olaraq, 6 hakimin adı daxil edilib. Onların arasında “Nida”çıların işinə baxan hakim Cavid Hüseynov, Pərviz Həşimlinin işi üzrə aparılan məhkəmənin hakimi Novruz Kərimov, Anar Məmmədlinin işi üzrə hakim Rauf Əliyev, İsmayıllı, Yadigar Sadıqov və Hilal Məmmədovun məhkəmələrini aparan hakimlər daxildir.

2012-ci ilin dekabrında ABŞ insan hüquqlarının və qanunun aliliyinin pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı fərdi sanksiyalar tətbiq edən Maqnitski Aktı qəbul edib. Qanuna əsasən, istintaq təcridxanasında Hermitage Capital investisiya fondunun auditoru Sergey Maqnitskinin ölümündə əli olduğu ehtimal edilən 60 rus məmurundan və hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət Maqnitski siyahısı tərtib edilib. Məmurların adları açıqlanmır. Siyahını Amerika senatoru Bencamin Kardin tərtib edib. Siyahıya adı düşmüş şəxslərə qarşı fərdi sanksiyalar tətbiq edilir, insan hüquqlarının pozulması ilə əlaqədar onlara ABŞ-a səfər etmək qadağan olunur. Maliyyə sanksiyaları da tətbiq edilə bilər.

270 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Leyla Yunusun siyahısında olan hakim ittihamlara cavab verdi

24 Haziran 2014

By
@
backtotop