NİDA fəallarının apellyasiya şikayətinə baxılması iyunun 27-nə qədər təxirə salınıb

428049_371432786217663_100000528334449_1301134_726458350_n
İyunun 23-də hakim Həsən Əhmədovun sədrliyi ilə NİDA vətəndaş hərəkatı fəallarının apellyasiya şikayəti üzrə ilkin baxış iclası iyunun 27-dək təxirə salınıb. Bu barədə Turan-a vəkil Fariz Namazlı bildirib.

Onun sözlərinə görə, məhkəmənin təxirə salınmasına səbəb vəkillərin bir neçəsinin iştirak etməməsi olub. Buna görə də müttəhimlər kürsüsündə əyləşən NİDA-çılar vəkillərin gəlməsini tələb ediblər.

Bundan əlavə, bugünki iclasda gənc fəallar zala daxil olarkən onların yaxınları alqışlarla qarşılayıb.

Vəkil bildirib ki, bu yaxınlarda NİDA-çılara qoşulmaqdan peşmançılıq keçirən gənc Bəxtiyar Quliyev gətirilməyib.

Onun məhkəməyə gətirlməməsinin səbəbi isə gələn prosesdə müzakirə olunacaq.

* 6 may 2014-cü il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsi onları 2013-cü il 10 mart etiraz aksiyası zamanı kütləvi iğtişaşlar planlaşdırmaqda, qanunsuz olaraq partlayıcı maddə və narkotik saxlamaqda, habelə xuliqanlıqda təqsiri bilərək, 6 ildən 8 ilədək müxtəlif müddətli həbs cəzalarına məhkum edib.

Gənclər ittihamları təkzib ediblər və cinayət təqibinin siyasi motivli olduğunu bildiriblər.

Xatırladaq ki, Amnesty İnternational bütün bu məhkumları “vicdan məhbusu” kimi tanıyıb.

292 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

NİDA fəallarının apellyasiya şikayətinə baxılması iyunun 27-nə qədər təxirə salınıb

23 Haziran 2014

By
@
backtotop