Azərbaycanın “Maqnitski Siyahısı” tərtib edilir

68419
Bu həftə Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Elçin Kazımov, Rəşid Hüseynov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cavid Hüseynov, Novruz Kərimov, Rauf Əliyev, Azər Orucovun “Maqnitski siyahısı”na salınması üçün Amerika Konqresinə, Avropa Birliyinə və ATƏT Parlament Assambelyasına müraciət ediləcək. Bu barədə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Bu hakimlər beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən vicdan və siyasi məhkum kimi tanınan NİDA Vətəndaş Hərəkatının 8 fəalını, REAL Hərəkatının lideri İlqar Məmmədovu, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunu, Müsavat başqanının müşaviri Yadigar Sadıqovu, jurnalistlər Pərviz Həşimlini, Hilal Məmmədovu, vətəndaş cəmiyyətinin fəalları Anar Məmmədlini, Bəşir Süleymanlını uzun müddətə həbsə məhkum ediblər.

Sənəd Leyla Yunusun təsis etdiyi “Repressiyalara Müqavimət” Hərəkatı tərəfindən hazırlanır və ““Maqnitski Siyahısı”nın Azərbaycan analoqu” lanır.

Yunusun sözlərinə görə, iyunun 12-dək Azərbaycanda 130 siyasi məhbus, o cümlədən 41 vicdan məhbusu var.

Hərəkat hakimlərin siyahısını təqdim etdikdən sonra, iyulun sonunadək prokurorluq, polis və təhlükəsizlik orqanlarının əməkdaşlarının, avqustun sonunadək isə siyasi həbsləri sifariş edənlərin “Maqnitski siyahısı”nı tərtib edərək ABŞ Konqresinə, Avropa Birliyinə, ATƏT Parlament Assambleyasına və digər beynəlxalq təşkilatlara təqdim edəcək.

“Siyahıya qanundan, ədalətdən, vicdandan və Allahdan kənarda olanları əhatə edəcək. Hər bir şəxs barədə ayrıca monitorinq aparılır və qanunvericiliyi pozması barədə konkret faktlar saytda yerləşdiriləcək. Artıq adları siyahıya salınmış 6 hakimin qanunvericiliyi pozması barədə monitorinqin nəticələri saytda yerləşdirilib”, deyə o qeyd edib.

Leyla Yunus sifarişli həbslərdən danışarkən deyib ki, “təbii ki, heç kim İlham Əliyevə “Fransaya gəlmə” deməyəcək”.

“Əliyev iyunun 25-də Avropa Şurası Parlament Assambleyasında çıxışında Azərbaycanda siyasi məhbusun olmadığını deyəcək. Müstəqil məhkəmələrdən və qanunun aliliyindən danışacaq”, deyə o istehza ilə bildirib.

Onun sözlərinə görə, İlham Əliyev olmasa da, baş prokuror Zakir Qaralovun adı bu siyahıda olacaq. Siyasi məhbusların işlərini Baş Prokurorluqda Eldar Əhmədovun rəhbərliyi altında olan bir qrup aparır. Sifarişçilər siyahısında Prezident Administrasiyasının və Ədliyyə Nazirliyinin də məsul əməkdaşları olacaq”, deyə Yunus qeyd edib.

Hüquq müdafiəçisi həmçinin Baş Prokuror Zakir Qaralovun nə vaxt Almaniyaya viza aldığını bildiyini diqqətə çatdırıb. “Mən bu məsələni qaldırmışam, ona daha Almaniyaya viza verilməyəcək”, deyə o bildirib.

L.Yunus artıq “Maqnitski Siyahısı” ilə bağlı Avropa Komissiyasının prezidenti Joze Manuel Barosso, Amerika Konqresmenləri və Senatorları ilə və beynəlxalq təşkilatlarda müzakirələr apardığını bildirib. “Azərbaycanda “Maqnitski Siyahısı” barədə fikir ilk olaraq iyunun 11-də ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycanla bağlı keçirilən dinləmələrdə səslənib. Bu həftənin sonunda Bakıda Amerika Senatorları və Helsinki Komissiyasının görüşümdə bu məsələni bir daha onların diqqətinə çatdıracağam, siyahını onlara təqdim edəcəyəm”, deyə hüquq müdafiəçisi qeyd edib.

311 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Azərbaycanın “Maqnitski Siyahısı” tərtib edilir

23 Haziran 2014

By
@
backtotop