Salyanın icra başçısının müavini həbs edilən hüquq müdafiəçisi ilə bağlı açıqlama verdi

Salyan_rayon_road_sign
Salyanın rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov: “Emil Məmmədov idarələrdən pul yığırdı”

“Emil Məmmədov öz qanunsuz əməllərinə görə həbs olunub. İdarə və müəssisələrdən hədə-qorxu gələrək zorla pul tələb etməyin nəticəsi belə də olur. Bunu təşkilatının üzvü Tofiq Qasımov da polisdə səmimi şəkildə etiraf edib. Polisdə üzləşdirmə zamanı təsdiqləyib ki, Emil Məmmədovdan göstəriş alıb, qapı-qapı düşüb idarələrdən pul yığırdı. Bu etiraf əsasında da Emil Məmmədov barəsində həbs qərarı çıxarılıb. İcra hakimiyyətini bu işə qarışdırmaq gülüncdür”.

Bu sözləri Salyanın icra başçısının müavini Rəşad Cəbrayılov “Yeni Müsavat”a açıqladı. R.Cəbrayılov “Demokratiyaya Yardım” İctimai Birliyinin rəhbəri Emil Məmmədovun həbsində icra başçısı Tahir Kərimovun adının hallandırılmasını etiraz edərək, ittihamları şər-böhtan adlandırdı.

İcra başçısının müavini qeyd etdi ki, Salyan əhalisi E.Məmmədovu gözəl tanıyır. Onun sözlərinə görə, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı bəyanat verməzdən əvvəl rayonda araşdırma aparmalı, əhalidən E.Məmmədovun kimliyi haqda məlumat almalı idi: “Ən əsası Tofiq Qasımovla görüşərdilər, onun fikirlərini öyrənərdilər. Görərdilər ki, Tofiq Qasımov nələr danışır, Emil Məmmədovun tapşırığı əsasında hansı idarələrdən pul tələb edib. Bundan başqa, polisin araşdırması zamanı onun digər əməlləri də üzə çıxıb. Bu araşdırmalardan sonra bəyanat vermək olardı. Yoxsa icra başçısı və ya rayon icra hakimiyyəti hüquq-mühafizə orqanlarına göstəriş verən, bu səlahiyyətə malik olan orqandır ki? Emil Məmmədovun həbsinin səbəbkarı özüdür. O, icra hakimiyyətini nə ilə ittiham etdiyini özü də bilmir, bu günə kimi ortaya konkret fakt qoya bilməyib”.

RİH rəsmisi qeyd etdi ki, QHT rəhbərinin icra hakimiyyətini şərləməsinin səbəbi var: “Çünki Emil Məmmədov xalası oğlu İlqar adlı şəxsin tenderdə qalib elan olunmasına nail ola bilməyib. O istəyirdi ki, tenderdə yalnız qohumu iştirak etsin və qalib çıxsın. Üstəlik, keçirilən tender komissiyasında onun qayınatası iştirak edib.

Biz isə hamıya bərabər imkanlar yaratmışıq. Bu, bazar iqtisadiyyatının tələbidir. O bəyanatı verən QHT tenderdə qalib olan və olmayan hər iki çörək sexinə baxış keçirsin. O halda tenderin ədalətli keçib-keçmədiyi aydınlaşacaq.

Emil Məmmədovun yaxınları bəzi mətbu orqanlarına deyirlər ki, rayon icra hakimiyyətinin korrupsiya faktlarını aşkarlayıb. O zaman biz də xahiş edirik ki, həmin faktları ortaya qoysunlar. Fakt olmadığı halda əsassız ittihamlar, şərləmə, ləkə yaxmaq “ayaq açar yeriməz”. Allah qapısını açsın”.

Ölkənin tanınmış vətəndaş cəmiyyəti fəalları, hüquq müdafiəçiləri E.Məmmədovun həbsi ilə bağlı bəyanat imzalayıblar. “Yeni Müsavat”da dərc olunan bəyanatda qeyd olunurdu ki, hüquq müdafiəçisi icra başçısı tərəfindən xalq düşməni elan edilib. Bəyanat müəllifləri onun həbsini pisləyir, dərhal həbsdən azad olunmasını tələb edir.

292 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Salyanın icra başçısının müavini həbs edilən hüquq müdafiəçisi ilə bağlı açıqlama verdi

23 Haziran 2014

By
@
backtotop