Prezidentə vətəndaşlığ haqqında qanuna əlavə və dəyişikliklərə veto goymaq çağırışı

062000082131
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA ,
Almaniya Federativ Respublikası Mainz şəhərində yaşayan jurnalist Sarvan Rizvanov tərəfindən

MÜRACİƏT

Hörmətli Prezident,

Bu il mayın 30-da Azərbaycan Respublikasının Milli Məclisi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanun”a əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.
Qanunun 10-cu maddəsinə əlavə olunacaq ikinci hissədə bildirilir ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı 1 ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Eyni zamanda qanunun 18-ci maddəsinin (Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi) mətni dəyişdirilir. Beləliklə, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi, Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı, Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi üçün əsas hesab edilə bilər.
Yuxarıda sadalanan səbəblər necə araşdırılacaq və hansı metodla sübüt olunacaq? Belə vəziyyətdə dövlət orqanları başqa sənədlər istəyəcəklər, əlavə problemlər yaranacaq.
Qeyd edim ki, Azərbaycan Respublikası Konstitusiyasının 53-cu maddəsinin (Vətəndaşlıq hüququnun təminatı) 3-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. Bu qanunun qəbulu üçün ilk növbədə Konstitusiyanın 52 və 53-cü maddələrinə ziddir. Qanun layihəsi qüvvəyə minərsə, çoxsaylı həmvətənlərimiz cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququndan (maddə 54), dövlətin idarə olunmasında iştirak etmək hüququndan (maddə 55), dövlət orqanlarında qulluq etmək imkanından məhrum olunacaq, dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüquqlarını (Maddə 56) itirəcəklər.
Eyni zamanda BMT Baş Məclisinin 1951-ci il 28 iyul tarixli Qətnaməsi ilə qəbul edilmiş «Qaçqınların statusu haqqında» Cenevrə Konvensiyasına (Azərbaycan Respublikası bu Konvensiyanı Milli Məclisin 1992-ci il 8 dekabr tarixli, 402 nömrəli qərarına əsasən ratifikasiya etmişdir) əsasən digər ölkələrin vətəndaşlığını qəbul etmiş yüzlərlə soydasımız adı çəkilən qanunun şərtlərinə əsasən əvvəlki vətəndaşlıqlarını itirməmişlər. Bu vətəndaşlarımızın vəziyyətidə sual altına düşə bilər.
Bu gün müxtəlif səbəblər üzündən Azərbaycandan kənarda müvəqqəti məskunlaşmış iki milyona yaxın həmvətənimiz var. Onların aransında canını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban verməyə hazır olan keçmiş döyüşçülər, çox yüksək idarəçilik potensialına malik olan elm və mədəniyyət xadimləri, tanınmış iş adamları, siyasi xadimlər, uğurlu təhsil proqramlarından sonra həyatını xariclə bağlayanlar, ailə birləşməsi proqramları çərçivəsində xaricə köçənlər və digər peşə sahibləri var.
Artıq xaricdə ikinci generasiyon azərbaycanlılar yetişməkdədirlər və onlar yaşadıqları ölkələrin bütün sferalarında iştirak edirlər. Sözsüz ki, onlar öz gələcəklərinin bir hissəsini doğma vətənimizlə sıx bağlayacaqlar. Qanuna dəyişikliklər onlara əlavə problemlər yaradacaq.
Qanunlara hansısa əlavə və dəyişikliklər lazım ola bilər, bu tənzimləmələr həmişə mümkündür. Amma həmin tənzimləmələr heç bir halda bütünlüklə hüquqi məhdudlaşdırıcı xarakterdə olmamalıdır.
Cənab prezident qeyd edim ki, Azərbaycan müstəqillik dovrünün ilk onilliklərini yaşayır və ölkənin idarəçilik sahalərində ən mütərəqqi və dünyəvi qanuvericilik bazası yaradılmışdır. Bütün bunlar gərgin əməyin sayəsində mümkün olmuşdur.
Cənab Prezident, bu müraciəti yazmaqla Sizdən xahiş edirəm ki, Milli Məclis “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanun”a əlavə və dəyişiklikləri bu formada qəbul edərsə, adı çəkilən qanunun qüvvəyə minməsində veto hüququnuzdan istifadə edəsiniz.

.
Hörmət və sayğılarla, Sarvan Rizvanov
Almaniya Federativ Respublikası
Mainz şəhəri, telefon: +4917677117745

255 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Prezidentə vətəndaşlığ haqqında qanuna əlavə və dəyişikliklərə veto goymaq çağırışı

22 Haziran 2014

By
@
backtotop