Ağır cinayətlərə görə cəzanı sərtləşdirən düzəlişlər qüvvəyə minib

hebs-qan
Mayın 30-da parlamentin qəbul etdiyi “Azərbaycan Cinayət Məcəlləsinə dəyişikliklər haqqında” qanun rəsmi mətbuatda dərc edilib və qüvvəyə minib.

Qanun bir sıra ağır cinayətlər üzrə cəza tədbirlərinin sərtləşdirilməsini nəzərdə tutur.

Belə ki, 278-ci maddəyə edilən düzəlişə görə, bundan sonra “hakimiyyətin zorla ələ keçirilməsinə və ya hakimiyyətin zorla saxlanmasına, həmçinin konstitusion dövlət quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər”ə görə 12 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur. Bundan əvvəl cəzanın birinci hissəsi 5 ildən 10 ilədək həbsi tuturdu.

Silahlı qiyam (maddə 280), dövlətə xəyanət (maddə 274), cinsi zorakılıq (108-ci maddə), ordudan xalqa qarşı istifadə (275.2) üzrə cəza tədbirləri də analoji qaydada sərtləşdirilib.

Dövlət və ya ictimai xadimin həyatına qəsd (maddə 277) bundan sonra 14 ildən 20 ilədək (əvvəllər 10 ildən 15 ilədək olub) həbs cəzası və ya ömürlük həbs cəzasını nəzərdə tutacaq.

Silah tətbiqi ilə törədilən və təkrar törədilən terror aktına görə 14 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası (əvvəllər 12 ildən 15 ilədək idi) nəzərdə tutulur. Ağırlaşdırıcı hallarla qəsdən adam öldürməyə görə (maddə 120.2) analoji tədbirlər müəyyən edilib.

Qanunsuz silahlı birləşmələrin və ya qruplaşmaların yaradılmasına görə cəza 12 ildən 20 ilədək azadlıqdan məhrumetməni və ya ömürlük həbs cəzasını (əvvəllər 10 ildən 15 ilədək həbs cəzasını nəzərdə tuturdu) nəzərdə tutur.

Bundan əlavə, hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə cəza tədbirləri sərtləşdirilib.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Qəzənfəroölu yenilikləri Turan-a şərh edərkən deyib ki, “dəyişikliklər cinayətlərin törədilməsinin qarşısının alınması profilaktikasının vacibliyi ilə əsaslandırılıb”. Lakin deputat özü bununla razı deyil. Onun fikrincə, cinayətlərin qarşısının alınması sosial problemlərin aradan qaldırılması və əhalinin rifahının artırılması ilə mümkündür.

346 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Ağır cinayətlərə görə cəzanı sərtləşdirən düzəlişlər qüvvəyə minib

19 Haziran 2014

By
@
backtotop