İstintaq təcridxanasında gənc fəalın vəziyyəti pisləşib

572884FD-87CE-4B6D-B91D-BD72868DA87D_mw1024_s_n
Gənc fəal Orxan Eyyubzadənin vəkili Əsabəli Mustafayev müvəkkilinin istintaq təcridxanasından çıxarılaraq, qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatət qaldırıb. Mustafayevin Turan-a verdiyi məlumata görə, Eyyubzadənin həbsdə saxlanılması təkcə əsassız deyil, həm də onun səhhəti üçün təhlükəlidir.

Vəkilin sözlərinə görə, Eyyubzadənin vaxtaşırı qıcolmaları olur və o huşunu itirir.

Məhbusun bu problemləri uşaqlıqdan var idi, amma istintaq təcridxanasında bu qıcolmalar çoxalıb və orada ona tibbi yardım göstərilmir.

Gənc fəal polisə güc tətbiq etməklə müqavimət göstərməkdə ittiham olunur.

Vəkil bu ittihamları absurd hesab edir. Onun sözlərinə görə, ötən ilin sonlarında həbs zamanı məhz polis fəala qarşı güc tətbiq edib.

Vəkil guya hadisənin baş verdiyi Binəqədi istintaq təcridxanasında videomüşahidə kameralarının yazılarına yenidən baxılması, habelə Eyyubzadə kimi qeyri-insani rəftara məruz qalmış şahidlərin dindirilməsi haqqında vəsatət qaldırıb.

Xatırladaq ki, Eyyubzadə 8 NİDA fəalı barəsində hökmə qarşı etiraz aksiyasında iştiraka görə mayın 6-da 20 sutka həbs cəzası alıb. Lakin həbs müddəti bitdikdən sonra o, azadlığa buraxılmayıb. Gənc fəal Binəqədi rayon məhkəməsinə gətirilib və məhkəmə onu CM-in 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı güc tətbiq etmək) maddəsi ilə həbs edib. Bu maddə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

254 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

İstintaq təcridxanasında gənc fəalın vəziyyəti pisləşib

19 Haziran 2014

By
@
backtotop