NATO Parlament Assambleyasının “Rose-Routh” seminarı acılıb

100415a-HQ28-007 NATO Headquarters Brussels.
Bakıda NATO Parlament Assambleyasının “Cənubi Qafqaz: çağırışlar və imkanlar” adlı 86-cı “Rose-Routh” seminarı acılıb.

Üçgünlük seminarın iştirakçılarını Milli Məclisin sədri Oqtay Əsədov və NATO PA-da Azərbaycan nümayəndə heyəinin rəhbəri Ziyafət Əsgərov salamlayıblar.

NATO PA-nın prezidenti Hyu Beyli öz çıxışına başlarkən deyib ki, “Sülh naminə tərəfdaşlıq” proqramı ölkələrindən biri – Gürcüstan çərşənbə axşamı NATO üzvlüyünə hazır olduğunu bəyan edəcək.

Sonra Beyli gündəliyi açıqlayıb. Gündəliyə 9 sessiya daxildir: Krım böhranı və onun Cənubi Qafqaza təsiri, Azərbaycanın İran da daxil olmaqla, qonşuları ilə münasibəti, İraqda vəziyyət (Mosulda Türkiyə konsulluğunun zəbt edilməsi də daxildir).

Seminarın birinci günündə iştirakçılar Azərbaycanın xarici siyasi təhlükəsizliyinin prioritetləri (avroatlantika məkanına inteqrasiya daxil olmaqla), Qarabaq münaqişəsinin nizamlanması prosesində Azərbaycanla Ermənistan arasında münasibətlər, Azərbaycanda idarəetmə sahəsində islahatlar kimi məsələləri müzakirə edəcəklər.

NATO PA seminarı formatında ilk dəfə olaraq NATO PA-da Ermənistan nümayəndə heyətinin rəhbəri Koryun Naapetyanın rəhbərliyi ilə erməni nümayəndələr tədbirdə iştirak edirlər. Nümayəndə heyətinə həmçinin İrs Partiyasının parlament fraksiyasının katibi Tevan Poqosyan və Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Kirakosyan daxildir. Ötən gün rəsmi Bakı Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinə zəmanət verib.

NATO-nun “Rose Routh” seminarları 1990-cı ildən keçirilir və Şimali Atlantika Alyansı ilə Mərkəzi və Şərqi Avropa ölkələri parlamentləri arasında tərəfdaşlığın möhkəmləndirilməsinə yönəlib. 2004 və 2008-ci illərdə seminarlar Bakıda keçirilib.

345 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

NATO Parlament Assambleyasının “Rose-Routh” seminarı acılıb

16 Haziran 2014

By
@
backtotop