Vəkil: Fəal Həsən Hüseynlinin işində “zərərçəkmiş” ona böhtan atıb

061300081475
İyunun 13-də Gəncənin Nizami rayon məhkəməsində hakim Ayaz Mahmudovun sədrliyi ilə Gəncənin “İntellektual Vətəndaş Maarifləndirmə Mərkəzi” QHT-nin rəhbəri Həsən Hüseynlinin işi üzrə məhkəmə baxışı başlayıb.

O, CM-in 221.3-cü maddəsi (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə ilə törədildikdə) ilə ittiham olunur.

İbtidai istintaqın məlumatına görə, Hüseynli guya Gəncə sakini Arzu Qəhrəmanova bıçaq xəsarəti yetirib. Hüseynlidən ölkəni tərk etməmə haqqında iltizam alınıb.

Vəkil Elçin Sadıqovun Turan-a verdiyi məlumata görə, bügünki iclasda təqsirləndirilən Həsən Hüseynli özünü təqsirli bilmədiyini və daha sonra ifadə verəcəyini bildirib.

Vəkilin sözlərinə görə, bu iş üzrə “zərərçəkən” Arzu Qəhrəmanov məhkəməyə gələrək ifadə verib. O, Həsən Hüseynlinin onu vurduğunu təsdiqləyib. Qəhrəmanov bildirib ki, Hüseynli onu xarici təşkilatların sifarişi ilə vurub.

Daha sonra polis əməkdaşı Nazim Hacıyev dindirilib. O, xəstəxanaya gəldiyində yaralanmış şəxsi gördüyünü bildirib.

Proses iyunun 23-də davam edəcək.

“İntellektual Vətəndaş” QHT (İCEC) 2004-cü ildə təsis edilib. Təşkilat 2009-cu ilin fevralında dövlət qeydiyyatından keçib.

Bu QHT-nin əsas missiyası Azərbaycanın qərb bölgəsində açıq cəmiyyət ideyalarının yayılmasından ibarətdir. Bu məqsədlə vətəndaş cəmiyyəti haqqında maarifləndirici tədbirlər keçirilib, layihənin əsas hədəf qrupu gənclərdir.

266 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Vəkil: Fəal Həsən Hüseynlinin işində “zərərçəkmiş” ona böhtan atıb

13 Haziran 2014

By
@
backtotop