Anar Məmmədlinin və onun həmkarlarının barəsində hökmdən apellyasiya şikayəti verilib

DFCE2933-5816-47C2-BAF7-06B8E5C5835E_mw800_s
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və iki fəal – Bəşir Süleymanlı və Elnur Məmmədovun barəsində hökmdən apellyasiya şikayəti verilib.

Bu barədə Turan-a vəkil Cavad Cavadlı bildirib. Apellyasiya şikayətində mühakimə olunanlara bəraət verilməsi məsələsi qoyulur.

Vəkillər təkrar məhkəmə istintaqının aparılması ilə bağlı apellyasiya şikayətinə baxılması barədə vəsatət qaldırmaq niyyətindədir. Çünki Bakı Ağır Cinayətlər Məhkəməsi bir çox vəsatəti təmin etməyib.

C.Cavadlı güman edir ki, Bakı Apellyasiya Məhkəməsində bu iş üzrə ilkin iclas iyunun sonundan tez olmayacaq.

Xatırladaq ki, mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5,5 il, Bəşir Süleymanlını 3,5 il müddətinə azadlıqdan məhrum edib. Elmur Məmmədov isə bu müddətə şərti olaraq azadlıqdan mıhrum edilib.

Onlar vergidən yayınmada, vəzifə səlahiyyətindən sui-istifadədə, vəzifə saxtakarlığında ittiham olunurlar. Lakin yerli və beynəlxalq demokratik ictimaiyyət əmindir ki, onlar 2013-cü il prezident seçkilərinin müstəqil monitorinqini aparılmasına və seçki kampaniyası zamanı aşkar edilmiş pozuntuların açıqlanmasına görə həbs olunublar.

174 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Anar Məmmədlinin və onun həmkarlarının barəsində hökmdən apellyasiya şikayəti verilib

13 Haziran 2014

By
@
backtotop