ADİHİ rəhbəri Latviyalı Ombudsmana Azərbaycanda insan haqlarının durumu barədə danışdı – FOTO

riga02May ayının 10-da Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, Filolofiya üzrə Fəlsəfə Doktoru Əhməd Şahidov Riqa şəhərində Latviya Respublikasının İnsan Haqları üzrə Müvəkkili (Ombudsmanı) Juris Jansons ilə görüşmüşdür. Səmimi qəbula görə latviyalı ombudsmana dərin təşəkkürünü bildirən ADİHİ rəhbəri Azərbaycan barədə ətraflı məlumat vermiş, demokratiya və insan haqları sahəsindəki mövcud durumu dəyərləndirmiş və seçkilər barədə danışmışdır.

Azərbaycanı dost ölkə kimi xarakterizə edən Latviya Respublikasının Ombudsmanı cənab Juris Jansons hər iki ölkənin ortaq keçmişə malik olduqlarını və bugün də eyni ənənələri yaşatdıqlarını bildirmişdir. Azərbaycanlı həmkarı Elmira Süleymanova ilə yaxından əməkdaşlıq etdiklərini bildirən latviyalı ombudsman Azərbaycan xalqının üzləşdiyi faciələrdən xəbərdar olduğunu dilə gətirmişdir.

Görüş zamanı ADİHİ rəhbəri Əhməd Şahidov Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, bir milyon insanın hüquqlarının tapdandığını, minlərlə insanın həlak olduğunu və yüzlərlə azərbaycanlının itkin düşdüyünü bildirmişdir. Azərbaycanlı əsirlər haqqında Ermənistanın dünya ictimaiyyətinə heç bir məlumat vermədiyini bildirən Əhməd Şahidov Ermənistan tərəfinin həmin əsirlərlə insanlığa sığmayan tərzdə davrandığını, onların daxili orqanlarının çıxardılaraq satıldığını qeyd etmişdir.

Görüş zamanı Latviya Ombudsman Aparatı ilə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuş və qarşılıqlı məlumat mübadiləsi barədə razılığa gəlinmişdir. Görüşün sonunda ADİHİ rəhbəri Latviya Ombudsmanına azərbaycanlı əsir, girov götürülmüş və itkin düşmüş şəxslər barədə informativ kitab hədiyyə etmişdir.

riga02 riga04 riga05 riga09 riga13

301 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ADİHİ rəhbəri Latviyalı Ombudsmana Azərbaycanda insan haqlarının durumu barədə danışdı – FOTO

10 Mayıs 2014

By
@
backtotop