Ali Məhkəmə Hilal Məmmədovun şikayətini qismən təmin edib

BE78A6D0-3A5C-4F0E-97AA-A005E803A83B_cx0_cy16_cw0_mw1024_s_n
İyunun 12-də Ali Məhkəmənin inzibati-iqtisadi işlər üzrə kollegiyasında (sədr Kəmaləddin Bədəlov) “Talışi sədo” qəzetinin redaktoru Hilal Məmmədovun DİN və Baş Prokurorluq tərəfindən təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı kassasiya şikayətinə baxılıb.

Həmin qurumların 4 iyun 2012-ci il tarixli birgə məlumatında H.Məmmədov cinayət əməli törətmiş şəxs kimi təqdim edilib, lakin onun günahı məhkəmə tərəfindən sübuta yetirilməyib.

H.Məmmədovun təqsirsizlik prezumpsiyasının pozulmasına dair şikayətləri birinci instansiya məhkəməsi və Baki Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməyib.

Bu gün Ali Məhkəmə şikayəti qismən təmin edib işi və təkrar baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.

Lakin H.Məmmədovun vəkili Xalid Bağırov Apellyasiya Məhkəməsinin təkrar baxılma zamanı şikayəti təmin edəcəyinə şübhə ilə yanaşır. Bu səbəbdən Ali Məhkəmənin bugünkü qərarı müdafiə tərəfinin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətini yubadacaq.

174 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Ali Məhkəmə Hilal Məmmədovun şikayətini qismən təmin edib

12 Haziran 2014

By
@
backtotop