Senator Ben Kardin: “Ümid edirik ki, fundamental haqlarını tələb edənlər həbsdən azad ediləcəklər”

cardin
“Azərbaycan ABŞ-ın vacib strateji tərəfdaşıdır. Biz bir çox ortaq maraqları bölüşürük”, – ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) Azərbaycana həsr etdiyi dinləmələrə rəhbərlik edən senator Ben Kardin dinləmələrdən sonra “Amerikanın Səsi”nə müsahibəsində bildirib.

O deyib ki, ABŞ sadəcə Azərbaycan xalqına Helsinki Komissiyasının prinsiplərini göstərmək istəyir. “Komissiya 3 amillə əsaslanır. Bu yalnız təhlükəsizlik və iqtisadi amillə deyil, həm də insan haqlarıyla bağlıdır. Son prezident seçkilərində beynəlxalq seçki müşahidəçilərinin məsləhətlərinin tətbiqində irəliləyiş görmək istəyirik. Vicdan məhbuslarının sərbəst buraxılmasını görmək istəyirik. İnsanların fikirlərini ifadə etməsinə icazə verilməsində irəliləyiş görmək istəyirik. Bu kimi dəyişiklikləri görmək istərdik. ABŞ üçün yox, Azərbaycan üçün. İnsanlar bunu öz ölkələrində istəyir”, – o qeyd edib.

Senator deyib ki, ilk öncə Amerika Azərbaycanla dostluğunu yüksək qiymətləndirir. “Bizim ortaq maraqlarımız çoxdur. Onlara müstəqilliklərinə görə, xüsusilə də, Əfqanıstandakı yardımlarına görə təşəkkürümüzü bildiririk. Onlara Rusiyanın təcavüzünə qarşı səslərini ucaltdıqlarına görə təşəkkür edirik. Biz tərəfdaşlığımızı gücləndirəcəyimizə ümid edirik”.

Ben Kardin Leyla Yunusla bağlı sualın cavabında ölkədə fundamental azadlıqların bərpa ediləcəyinə ümid etdiyini bildirib. “Təzyiqlərə məruz qalan və ya həbs edilən bütün məhbuslarla bağlı deyə bilərəm ki, biz bunun yanlış addım olduğunu düşünürük. Biz onların adlarını vurğulayaraq bu hərəkətləri pisləməkdə davam edəcəyik. Ümid edirik ki, fundamental haqlarını tələb etdiklərinə görə həbs edilənlər azad ediləcək. Azərbaycan müxalif fikirlərin heç bir hədə-qorxu olmadan dinc şəkildə ifadə edilməsinə şərait yaradacaq”, – o deyib.

268 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Senator Ben Kardin: “Ümid edirik ki, fundamental haqlarını tələb edənlər həbsdən azad ediləcəklər”

12 Haziran 2014

By
@
backtotop