Ermənistan NATO-nun Bakıda keçiriləcək seminarına nümayəndələr göndərmək istəyir

natoErmənistan NATO Parlament Assambleyasınıniyunun 16-18-də Bakıda keçiriləcək “Rose Roth” seminarında iştirak üçün iki nümayəndə göndərə bilər, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

NATO PA-da Ermənsitan nümayəndə heyətinin rəhbəri Koryun Naapetyan Yerevanda keçirilən buginki brifinqdə bildirib ki, Vilnyusda NATO PA-nın yaz sessiyası zamanı (30 may – 1 iyun) Ermənistan nümayəndə heyəti NATO PA sədri və baş katibi ilə görüşüb. Görüşdə təhlükəsizlik zəmanəti verilərsə, Ermənistan nümayəndələrinin Bakıda keçiriləcək “Rose Roth” seminarında iştirakı məsələsi də müzakirə olunub.

Azərbaycan tərəfi hələlik bu məsələ ilə bağlı şərh verməyib. İndiyədək Ermənistan dövlət qurumlarının nümayəndələrinin beynəlxalq tədbirlər çərçivəsində Bakıya gəlməsinə və hətta təxribatçı bəyanatlar verməsinə imkan verilib.

Eyni zamanda, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, erməni soyadlı bütün şəxslərin Azərbaycana daxil olması qadağan edilib.

199 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Ermənistan NATO-nun Bakıda keçiriləcək seminarına nümayəndələr göndərmək istəyir

10 Haziran 2014

By
@
backtotop