Leyla Yunus: “Azərbaycan hakimiyyəti tənqidi səsləri birdəfəlik susdurmağa çalışır”

leyla_yunusSülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus iyunun 2-də  on-line mətbuat konfransı keçirərək jurnalist Rauf Mirqədirova qarşı cinayət işi, Cənubi Qafqazda “xalq diplomatiyası” problemi ilə bağlı sualları     cavablandırıb.

“İctimai dialoqlar”  (www.publicdialogues.info)  Azərbaycan-Ermənistan saytının təşkil etdiyi mətbuat konfransında Azərbaycan, Gürcüstan, Ermənistan jurnalistləri L.Yunusa suallar ünvanlayıblar.

L.Yunus R.Mirqədirova qarşı cinayət işinin uydurma olduğunu deyərək bildirib ki, həbs olunduğu vaxtdan – bir aydan çox  müddətdə heç bir istintaq hərəkəti aparılmayıb.

Onun fikrincə, bu cinayət işi “müstəqil xalq diplomatiyası”na və tənqidi səslərin susdurulmasına yönəlib.

O qeyd edib ki. SDİ-yə təzyiqlər həm “müstəqil xalq diplomatiyası”, həm də hüquq-müdafiə fəaliyyəti ilə əlaqədar baş verir.

O xatırladıb ki, SDİ birinci dəfə deyil ki, hakimyyətin təzyiqlərinə məruz qalır.

2009-cu ildə SDİ traffikinq mövzusunda araşdırma apardıqdan və polis zabitlərinin bunda əli olduğunu bəyan etdikdən sonra DİN rəhbəri Ramil Usubov ona qarşı cinayət iddiası qaldırıb.

2011-ci ildə SDİ Azərbaycanda vətəndaşların mülkiyyət hüquqlarının pozulması haqda hesabat hazırladıqdan sonra L.Yunusun şəxsi mülkiyyəti olan   ofisi sökülüb və buna görə kompensasiya verilməyib.

Həyat yoldaşı Arif Yunusun səhhəti ilə bağlı sualın cavabında L.Yunus deyib ki, aprelin 29-na keçən gecə Bakı hava limanında onları əsassız olaraq saxlayan zaman həyat yoldaşı hipertonik kriz keçirib, hələ də səhhəti tam bərpa olunmayıb. O, müalicəsini davam etdirə bilmir, çünki Unibank əsassız olaraq onun hesabından vəsait vermir.

A.Yunusun səhhətinin və istintaqa ifadə vermək  qabiliyyətinin qiymətləndirilməsi üçün məhkəmə-tibbi ekspertizanın təyin  olunmasına gəlincə, L.Yunus bildirib ki, prokurorluğun nəzarətində  olan ekspertizaya inanmır, belə ki, o  “işğəncə faktını inkar edir”.

L.Yunus qeyd edib ki, A.Yunus həkimin  iştirakı ilə ifadə verməyə hazırdır.

Vətəndaş cəmiyyətindəki qərbyönlü fəallara təzyiqlər, L.Yunusun özünün həbsində məqsəd hakimiyyətdəki güclü rusiyapərəst qrupun olmasından irəli gəlir. ABŞ və Aİ bu təhlükəni sonadək qiymətləndirmir və Azərbaycandakı avtoritar rejimə göz yumur.

“Xalq diplomatiyası”nın əhəmiyyətindən və faydasından danışan L.Yunus deyib ki, münaqişələrin nizamlanması üzrə qərarların qəbulu hakimiyyətin  preroqativi olsa da, “xalq diplomatiyası” cəmiyyətlərin hökumətlər tərəfindən zombiləşdirildiyi şəraitdə digər ölkələrdə baş verən hadisə və proseslər barədə cəmiyyətin obyektiv  məlumatlandırılmasına imkan yaradır. Bu məqsədlə “İctimai dialoqlar” (www.publicdialogues.info) birgə layihəsi həyata keçirilib.

L.Yunusun fikrincə, Azərbaycan hakimiyyəti “xalq diplomatiyası”na son qoymaq niyyətində deyil, lakin digər sahələr kimi onu da nəzarətdə saxlamaq istəyir. Bu səbəbdən də vətəndaş cəmiyyətinin fəalları istintaqa çağırılır, təqiblərə məruz qalır.

“Xalq diplomatiyası” çərçivəsində layihələri dəstəkləyən donor təşkilatların R.Mirqədirovun həbsinə reaksıyası və onların bu istiqamətdə işi davam etdirib-etdirməyəcəkləri barədə Turan-ın müxbirinin  sualının cavabında L.Yunus təəssüflə deyib ki, bir çox beynəlxalq təşkilatlar fəalların və jurnalistlərin barəsində hökm çıxarıldıqdan sonra onların təqib olunması ilə bağlı narahatlıqlarını bildirirlər.

“Xalq diplomatiyası” layihələrinin gələcəkdə maliyyələşdirilməsinə gəlincə, L.Yunusun sözlərinə görə, ona məlumdur   ki, Aİ vəsait ayırıb, lakin bu vəsaitin konkret hansı qurumlara veriləcəyini bilmir.

ATƏT-in Minsk Qrupunun demək olar ki, bütün bəyanatlarında həmsədrlər qarşılıqlı etimad tədbirlərinə çağırışlar edirlər, lakin vətəndaş cəmiyyəti fəallarına hər hansı konkret dəstək göstərirlərmi? Turan-ın bu sualının cavabında L.Yunus deyib ki, dəqiq, düzgün bəyanatlar verilir, lakin bu iqstiqamətdə  vətəndaş cəmiyyətinə dəstək yoxdur.

Azərbaycanda milli azlıqların sıxışdırılması ilə bağlı erməni jurnalistin sualının cavabında L.Yunus deyib ki, Azərbaycanda milli mənsubiyyətinə görə heç kim təqib olunmur, vətəndaşlar siyasi baxışlarına görə təqib edilir. O qeyd edib ki, SDİ-nin siyahısında olan 130 siyasi məhbusun 99 faizi azərbaycanlıdır.

157 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Leyla Yunus: “Azərbaycan hakimiyyəti tənqidi səsləri birdəfəlik susdurmağa çalışır”

03 Haziran 2014

By
@
backtotop