ADİHİ rəhbəri Çex Respublikasının baş nazirinin müavini ilə görüşdü – FOTO

praga16May ayının 7-də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Praqa şəhərində Çex Respublikasının baş nazirinin müavini cənab Jaromir Novotnı ilə görüşmüşdür. Görüş zamanı Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun fəaliyyəti barədə ətraflı məlumat verən Əhməd Şahidov Çex Respublikasında fəaliyyət göstərən insan haqları mərkəzləri ilə yaxından əməkdaşlıq etmək niyyətində olduqlarını bildirmiş və qarşılıqlı əməkdaşlıq təklifini irəli sürmüşdür.

ADİHİ rəhbərini Praqa şəhərində salamlamaqdan məmnunluğunu ifadə edən cənab Jaromir Novotnı regionda cərəyan edən son hadisələr barədə söz açmış və Ukraynada baş verənlər barədə narahatlığını ifadə etmişdir. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş zamanı ADİHİ rəhbəri Əhməd Şahidov Çex Respublikasının baş nazirinin müavininə azərbaycanlı əsir və itkin düşmüş şəxslər barədə hazırlanmış “Bizi əsirlikdən qurtarın” kitabını təqdim etmişdir.

praga01 praga21 praga16 praga07 praga03

290 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ADİHİ rəhbəri Çex Respublikasının baş nazirinin müavini ilə görüşdü – FOTO

07 Mayıs 2014

By
@
backtotop