NİDA-çı gəncin atası: “Bəxtiyar Quliyev etiraf ərizəsini könüllü yazıb”

nidacilarHəbsə alınan “NİDA”çı gənc Bəxtiyar Quliyev təşkilatdan çıxması və etiraf ərizəsini könüllü şəkildə yazıb. Bu haqda Turan-a B.Quliyevin atası Səməndər Quliyev bildirib.

Onun sözlərinə görə, B.Quliyev “NİDA” təşkilatı tərəfindən aldadılıb, təsir altına alınıb. B.Quliyev özü isə təşkilatın məram və məqsədindən xəbərsiz olub. “Biz heç zaman indiki hakimiyyətdən narazı olmamışıq, bizim qohumlar sırasında məmur olanlar var”, – deyə S.Quliyev oğlunun etiuraf ərizəsi yazması haqda yayılan xəbərlərə dəqiqilik gətirib. Onun sözlərinə görə, B.Quiyevin ababsı 45 il “DTK”da xidmət eidb.

“Bir sözlə, Bəxtiyar bu təşkilata təsadüfi düşmüşdü, biz heç vaxt indiki hökumətdən narazılıq etməmişik və bunu hamının bilməsini istəyirik”, deyə B.Quliyevin atası S.Quliyev qeyd edib.

Keçən ilin yazında “NİDA” üzvü olan 8 nəfər gənc siyasi fəal həbsə alınıb. Onlara qarşı iğtişaşlar törətmək ittihamları irəli sürülüb. Bu ilin mayında başa çatan məhkəmə prosesində gənclərə 5 ildən 8 il yarıma kimi həbs cəzaları verilib.

İyunun 1-də etiraf ərizəsi yazan B.Quliyev onlardan biri idi.

359 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

NİDA-çı gəncin atası: “Bəxtiyar Quliyev etiraf ərizəsini könüllü yazıb”

03 Haziran 2014

By
@
backtotop