“Onların azadlığa çıxmasına yardım edin, xahiş edirəm sizdən” – Əhməd Şahidov Ərəb dünyasına müraciət etdi

ADİHİ rəhbəri Dohada keçirilən beynəlxalq konfransda kəlbəcərli əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa çıxması üçün çağırış edib

15-16 Sentyabr tarixlərində Qətərin paytaxtı Doha şəhərində Qətər Milli İnsan Haqları Komitəsinin təşkilatçılığı ilə keçirilən “Nifrət və ekstremizmlə mübarizə” adlı beynəlxalq konfrans öz işini davam etdirib. Müsəlman dünyasında baş verən son hadisələr – müharibə və qətliamlar, ekstremizm və qaçqınlar probleminin müzakirə olunduğu beynəlxalq toplantıda Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov da iştirak edib.

Azərbaycanda insan haqlarının vəziyyəti barədə danışan ADİHİ rəhbəri Dağlıq Qarabağ münaqişəsi üzərində xüsusi dayanıb, bir milyon qaçqınlar barədə danışıb. Çıxışı zamanı azərbaycanlı əsirlər barədə söz açan hüquq müdafiəçisi Əhməd Şahidov Kəlbəcərdən olan əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında məlumat verib və Ərəb dünyasına müraciət edib: “Bugün burada müzakirə olunan məsələlər – qətliamlar, günahsız insanların öldürülməsi və əsir götürülməsi mənim ölkəm üçün də ağrılı məsələdir. Mən burada əyləşən hüquq müdafiəçilərinə və bütün Ərəb dünyasına müraciət edirəm. Keçən ilin yay aylarında işğalçı Ermənistanın əsir götürdüyü iki Azərbaycan vətəndaşı – Dilqəm Əsgərov və Şahbaz Quliyevin tezliklə azadlığa buraxılması üçün kömək edin. Xahiş edirəm, bu məsələdə səsimizə səs verin. İki günahsız insanın haqqını qorumaqda dəstəyinizi istəyirəm və qoy bu dəstək bütün müsəlman dünyasının qardaşlıq nümunəsi olsun.”

ADİHİ rəhbərinin çıxışını alqışlarla qarşılayan toplantı iştirakçıları azərbaycanlı əsirlərlə bağlı məsələ qaldıracaqlarına söz veriblər.

konfrans1konfrans2konfrans3konfrans4konfrans5konfrans6konfrans7konfrans8

270 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

“Onların azadlığa çıxmasına yardım edin, xahiş edirəm sizdən” – Əhməd Şahidov Ərəb dünyasına müraciət etdi

16 Eylül 2015

By
@
backtotop