ADİHİ rəhbəri Almaniya Bundestaqının Ombudsmanı ilə görüşdü – FOTO

bundestag17May ayının 7-də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Berlin şəhərində Almaniya Bundestaqının Ombudsman Komitəsinin rəhbəri xanım Kerşten Ştainke ilə görüşmüşdür. Bundestaq binasının inzibati binasında baş tutan rəsmi qəbul zamanı Almaniyanın ombudsmanı Kertşten Ştainke rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat vermiş, vətəndaşlardan qəbul etdikləri şikayət və məktubların araşdırılması mexanizmi haqqında danışmışdır. Daha sonra Almaniya Bundestaqının fəaliyyəti barədə ətraflı danışan almaniyalı ombudsman Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun fəaliyyəti barədə maraqlanmışdır.

Rəhbərlik etdiyi qurum barədə almaniyalı ombudsmana məlumat verən Əhməd Şahidov həyata keçirdikləri layihə və görüşlər barədə xanım Ştainkeyə məlumat vermişdir. Almaniya təcrübəsinin mənimsənilməsinin Azərbaycan üçün zəruri olduğunu vurğulayan Əhməd Şahidov gələcəkdə Almaniya Bundestaqı ilə ADİHİ arasında əməkdaşlıq edilməsi barədə təkliflə çıxış etmişdir. Əməkdaşlıqdan məmnun olacağını ifadə edən xanım Kerşten Ştainke Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutuna hərtərəfli dəstək verə biləcəklərini demiş və Əhməd Şahidovun gələcəkdə Bundestaqda araşdırma apara biləcəyini də vurğulamışdır.

Görüşün rəsmi hissəsindən sonra Kerşten Ştainke ADİHİ rəhbərinə Bundestaq binasını göstərmiş və tarixi əhəmiyyət kəsb edən Parlament binası haqqında ətraflı məlumat vermişdir.

bundestag61 bundestag17 bundestag10 bundestag08 bundestag03

293 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ADİHİ rəhbəri Almaniya Bundestaqının Ombudsmanı ilə görüşdü – FOTO

07 Mayıs 2014

By
@
backtotop