ADİHİ rəhbəri Fransanın ATƏT-dəki konsulu ilə görüşdü – FOTO

vyana_osceAvstriyada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov May ayının 5-də Fransanın ATƏT-dəki nümayəndəliyində olmuşdur. Bu ölkənin ATƏT-dəki konsulu cənab Xavier Rey ilə görüşən ADİHİ rəhbəri ATƏT-in son fəaliyyəti, habelə Dağlıq Qarabağ konfliktinin həll olunması istiqamətində görülən işlərdən danışmışdır.

Görüş zamanı dünyada baş verən son hadisələr, Ukraynadakı siyasi böhran və Rusiyanın xarici siyasəti barədə maraqlı fikir mübadiləsi aparılmışdır. Fransanın və ATƏT-in Dağlıq Qarabağ konflikti barədə mövqeyini açıqlayan ATƏT rəsmisi Xavier Rey regionda sülhə nail olunması istiqamətində atılan bütün addımları alqışladıqlarını demişdir.

Azərbaycanda insan haqları və demokratiya barədə danışan ADİHİ rəhbəri mövcud durumu ifadə etmiş, dünyanın siyasi xəritəsi qarşısında dayanaraq, fransalı diplomata regiondakı vəziyyəti daha təfsilatı ilə izah etmişdir.

Görüş zamanı ADİHİ ilə ATƏT arasında gələcək fəaliyyətin mexanizmləri də müzakirə edilmişdir.

vyana_osce62

vyana_osce55

vyana_osce04

271 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ADİHİ rəhbəri Fransanın ATƏT-dəki konsulu ilə görüşdü – FOTO

05 Mayıs 2014

By
@
backtotop