ATƏT Parlament Assambleyasının Qış Sessiyası Ukrayna böhranı ətrafındakı müzakirələrlə yadda qaldı

18-20 Fevral tarixində Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT Parlament Assambleyasının Qış Sessiyası keçirilib. ATƏT üzvü olan ölkələrin parlament nümayəndələrinin iştirak etdiyi tədbirdə demokratiya, insan haqları və humanitar məsələlərlə yanaşı, ölkələrin ərazi bütövlüyü və təhlükəsizliyi də prioritet mövzular idi.

Tədbirdə iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovun sözlərinə görə, ATƏT Parlament Assambleyasının Qış Sessiyası daha çox Ukrayna ilə bağlı müzakirələrə həsr olunmuşdu: “Toplantı iştirakçıları əsasən Ukraynada baş verən son hadisələr barədə danışır və Rusiyanı tənqid edirdilər. Çıxışçılar ukraynalı qaçqınların acınacaqlı durumu, ölkədəki sosial təhlükənin yaratdığı fəsadlar və Şərqi Ukraynadakı atəşkəs rejiminin pozulması məsələlərinə toxunurdular. Kifayət qədər gərgin keçən müzakirələrdə Rusiya nümayəndə heyəti ciddi tənqidlərə məruz qalırdı”.

osce_pa3 osce_pa2 osce_pa1osce_pa

310 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ATƏT Parlament Assambleyasının Qış Sessiyası Ukrayna böhranı ətrafındakı müzakirələrlə yadda qaldı

20 Şubat 2015

By
@
backtotop