Prezident İlham Əliyev: “2015-ci il sınaq dövrü olacaq”

Şənbə günü prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Rəsmi məlumata görə, İ.Əliyev ölkə iqtisadiyyatının “uğurlu inkişafı”ndan danışıb, baxmayaraq ki, neftin qiyməti enib. Ölkənin iqtisadi artımı 3%, qeyri-neft sektorunun isə 7 faiz artıb.

2014-cü ildə inflyasiya 1,4 faiz olub, əhalinin pul gəlirləri 4,8 faiz artıb.

Ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulub, onun da 16 milyard dolları daxili sərmayələrdir.

Manatın məzənnəsi sabitdir, valyuta ehtiyatlarımız isə artaraq 50 milyard dolları keçib.

İ.Əliyev Azərbaycanın beynəlxalq nüfuzundan danışıb. “Ölkəmizin müsbət imicini korlamaq, beynəlxalq miqyasda Azərbaycana qarayaxma cəhdləri əbəsdir və heç kim ölkəmizlə ultimatum dilində danışa bilməz.”, – o vurğulayıb.
Qarabağ münaqişəsinə toxunan dövlət başçısı deyib ki, düşmən bir neçə dəfə açıq təxribatlara əl atıb, lakin bu cəhdlərin qarşısı ordumuz tərəfindən uğurla alınıb.

Sonra iqtisadiyyat naziri Şahin Mustafayev,   baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov çıxış ediblər.

2015-ci il üçün vəzifələrdən danışan İ.Əliyev deyib ki, bu il “dünya iqtisadiyyatı üçün çətin il  və təbii sərvətlərlə zəngin  ölkələr üçün bir sınaq dövrü olacaq”.

“Lakin düşünülmüş iqtisadi siyasət, şaxələndirilmə prosesi, xalqla iqtidar arasında olan birlik bu ilin də xalqımız üçün uğurlu olacağına təminat verir”, –  İ. Əliyev qeyd edib.

O bildirib ki, sahibkara güzəştli şərtlərlə kreditlərin verilməsi davam etdirilməli, hər bir dövlət qurumunda idarəetmə prinsipləri təkmilləşdirilməli, israfçılıq hallarının qarşısı alınmalıdır.

Dövlət başçısı hər bir rayonda sənaye mərkəzlərinin yaradılması, böyük metallurgiya kompleksinin tikintisinin davam etdirilməsi, ekoloji məsələlərin həlli ilə bağlı tapşırıqlar verib.

İ.Əliyev Avropa Oyunlarına hazırlığı yüksək qiymətləndirib.

362 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Prezident İlham Əliyev: “2015-ci il sınaq dövrü olacaq”

12 Ocak 2015

By
@
backtotop