Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu təsis edildi

aidhrADİHİ rəhbəri Əhməd Şahidov: “Əsas fəaliyyətimiz Azərbaycanda insan haqları, demokratiya və azadlıqların təmin edilməsi ilə bağlı olacaq”

Bugün Azərbaycanda insan haqları üzrə fəaliyyət göstərəcək yeni qeyri-hökumət təşkilatının əsası qoyulub. Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu – ADİHİ adlanan bu təşkilatın əsas fəaliyyət istiqamətləri ölkədəki demokratik vəziyyət, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi və bu sahədə maarifləndirmə işlərinin həyata keçirilməsi ilə bağlı olacaq.

Təşkilatın təsis edilməsi ilə bağlı mətbuata verilən məlumatda bildirilir ki, Azərbaycanda insan haqları, demokratiya və azadlıqlar sahəsində kifayət qədər boşluqlar var. Bunu hər il beynəlxalq təşkilatların təqdim etdiyi hesabat və məruzələrdə də görmək mümkündür. Azərbaycanda xüsusən də seçki hüququnun pozulması, sərbəst toplaşmaq azadlığı, müstəqil mətbuat, ifadə azadlığı sahəsində görüləcək çoxlu işlər var.

ADİHİ-nin əsas prioritetlərini açıqlayan Əhməd Şahidovun sözlərinə görə, yeni yaradılmış bu qurum əsasən fundamental azadlıqlar, insan haqları, seçki hüququ, eləcə də mülkiyyət hüququ üzrə fəaliyyət göstərəcək, bu sahədə vətəndaşların maarifləndirilməsi istiqamətində layihələr həyata keçirəcək, haqları tapdanmış vətəndaşlara hüquqi yardımlar göstərəcək və ölkədəki vəziyyətlə bağlı mütəmadi hesabatlar dərc edəcək.

ADİHİ-nin 1 İyun tarixindən başlayaraq, rəsmi fəaliyyətə başlayacağını bildirən Əhməd Şahidov Uşaqların Beynəlxalq Müdafiəsi Günündə ölkə ictimaiyyətinə geniş müraciət edəcəklərini və ADİHİ-nin fəaliyyəti ilə bağlı daha geniş məlumat verəcəklərini qeyd etdi.

299 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu təsis edildi

30 Mayıs 2014

By
@
backtotop