Ermənistan tərəfi Bakının əsirləri dəyişdirmə təklifinə etiraz edib

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, nazirlik Bakının əsirləri və həlak olanların cəsədlərini dəyişdirmək haqqında son təklifinə rədd cavabı verib.

Onun sözlərinə görə, Ermənistan tərəfi hesab edir ki, Karen Petrosyanın cəsədi qeyd-şərtsiz təhvil verilməlidir.

“Azərbaycan sövdələşməyə başladıqda biz Həsən Həsənovun cəsədini onlara qaytarmağa razılaşdıq. Ermənistan başqa addımlar atmayacaq. Biz diqtə edən tərəfik və Azərbaycanın dediyini etmək niyyətində deyilik”, deyə Ovannisyan bildirib.

Bir müddət əvvəl Azərbaycan baş nazirinin müavini Əli Həsənov bildirib ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan MN-ə 5 nəfərlik erməni ailəsi və əsirlikdə həlak olmuş erməninin (Karen Petrosyan) cəsədini erməni əsirliyində olan Şahbaz Quliyev və Dilqəm Əsgərov, habelə ermənilər tərəfindən öldürülmüş Həsən Həsənovla dəyişdirməyi təklif edib.

Ermənistan tərəfi Qırmızı Xaç Komitəsi vasitəsilə erməni ailəsi və həlak olmuş erməninin cəsədi müqabilində yalnız Həsən Həsənovun cəsədini verməyə hazır olduğunu bildirib. Lakin Bakı bununla razılaşmır, deyə baş nazirin müavini bildirib.

Qeyd edək ki, 5 nəfərlik erməni ailəsi bir neçə il əvvəl Azərbaycana qaçıb və sığınacaq istəyib. Bu ailə üçüncü ölkəyə getməyə çalışır.

Dilqəm Əsgərov, Şahbaz Quliyev Kəlbəcər rayonunda erməni əsirliyinə düşüb. Qrupun üçüncü üzvü Həsən Həsənov öldürülüb.

281 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Ermənistan tərəfi Bakının əsirləri dəyişdirmə təklifinə etiraz edib

23 Ağustos 2014

By
@
backtotop