Dağıstanda azərbaycanlıları sıxışdırırlar?

Dağıstanın Dərbənd rayonunda yaşayan azərbaycanlılar respublika rəhbərliyinin qanunsuz qərarlrına qarşı etiraz aksiyaları keçirirlər. Bu barədə Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan dünyası” jurnalının rəhbərliyi tərəfindən təşkil edilmiş bugünki mətbuat konfransında bildirilib.

Jurnalın redaktoru Eldar İsmayıl bildirib ki, etiraza etnik azərbaycanlı Qurban Qurbanovun Dərbənd rəhbəri vəzifəsindən kənarlaşdırılması cəhdləri səbəb olub.

Dağıstanda rayon administrasiyalarının rəhbərləri sakinlər tərəfindən seçilir, Qurbanovun səlahiyyət müddəti isə 2015-ci ilin mayında bitir.

Qurbanov seçicilərin mandatına malik olduğunu bildirərək, vəzifədən getməkdən imtina edir, Abdulatipov isə etnik Tabasaranlı, keçmiş ədliyyə naziri Azadi Ragimovu Dərbənd rəhbəri təyin etmək istəyir.

Mətbuat konfransının təşkilatçıları hesab edirlər ki, bunun arxasında yüzlərlə hektar məhsuldar torpaqların azərbaycanlıların əlindən alınması cəhdi durur. Dağıstanda son qalanı – Dərbənd qalasını Azərbaycanlıların əlindən almaq, habelə azərbaycanlıları bu respublikadan sıxışdırıb çıxarmaq istəyirlər.

Qurbanovun rayonun sosial-iqtisadi inkişafı üçün Azərbaycandan yardım alması da Dağıstan rəhbərliyini qıcıqlandırır.

Belə ki, Bakı Dərbəndin sosial-iqtisadi inkişafı üçün 30 mln. manat ayırıb. Bundan başqa, Azərbaycan teatrı üçün yeni bina tikintisi, Nizami parkının abadlaşdırılması, Olimpiya Kompleksinin inşası nəzərdə tutulur. Bütün bunlar Dərbənddə azərbaycanlıların mövqeyinin möhkəmləndirilməsi deməkdir ki, bu da Mahaçqalada bəzi qüvvələrin ürəyincə deyil. Bununla əlaqədar olaraq, Dağıstan azərbaycanlıları rəsmi Bakını Dərbənddəki vəziyyətə diqqət çəkməyə çağırır, deyə Eldar İsmayıl bildirib.

312 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Dağıstanda azərbaycanlıları sıxışdırırlar?

22 Ağustos 2014

By
@
backtotop