Bloger Ömər Məmmədovun apellyasiya şikayəti üzrə iclas

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə bloger Omər Məmmədovun şikayəti üzrə ilkin iclas keçirilib. Ö.Məmmədov narkotik maddə satışında ittiham olunaraq 5 il müddətinə həbs olunub.

Müdafiə tərəfi təkrar məhkəmə istintaqının keçirlməsi ilə şikayətə baxılması barədə vəsatət qaldırıb.

Vəkil Əlaif Həsənovun sözlərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsi işə qeyri-obyektiv baxaraq vəsatətlərin əksəriyyətini təmin etməyib.

Lakin hakim C.Ramazanov həmkarları ilə müşavirədən sonra vəsatətin təmin olunmadığını bildirib və şikayətə mahiyyəti üzrə baxılmasını sentyabrın 3-nə təyin edib.

*  19 yaşlı Ömər Məmmədov “Axın” gənclər hərəkatının rəhbəri və Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Həbsdən sonra NİDA hərəkatna keçib.

  Ö.Məmmədov fəal bloger və Facebook-da “AzTV-dən seçmələr” səhifəsinin (https://www.facebook.com/pazaztv?fref=ts )

administratorudur. Burada Azərbaycan hakimiyyətini ifşa edən  karikaturalar, kollajlar, şəhrlər yer alıb.

  Ö.Məmmədov bu ilin yanvarında, təhsil aldığı Şimali Kiprdən qayıtdıqdan bir neçə gün sonra həbs olunub.

  İyulun 4-də məhkəmə Ö.Məmmədovu 5 il müddətinə həbs edib.

270 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Bloger Ömər Məmmədovun apellyasiya şikayəti üzrə iclas

20 Ağustos 2014

By
@
backtotop