Leyla Yunus: “Mənə mənəvi və fiziki təzyiq edilir”

İyulun 30-dan həbsdə saxlanılan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus 1 saylı Kürdəxanı istintaq təcridxanasından telefon edərək saxlanma şəraiti haqda məlumat vermək imkanı əldə edib.

O, Turan agentliyinin direktoru Mehman Əliyevlə söhbətində bildirib ki, təcridxananın Nuriyə adlı əməkdaşı tərəfindən ona psixoloji, hətta fiziki təzyiqlər edilir.

Avqustun 5-də həyat yoldaşı Arif Yunus həbs olunduqdan sonra o, heç bir şey almayıb. MTN-in təcridxanasında saxlanılan həyat yoldaşının vəziyyəti barədə məlumatı yoxdur. İndiyədək A. Yunusun yanına vəkil buraxılmayıb.

Hüquq müdafiəçisi səhhətinin (şəkər xəstəliyinin kəskin forması) pisləşdiyini və lazımi tibbi yardımın olmamasını bildirib. O, qəzetlərdən və TV-dən məhrum edildiyini deyib.

Xatırladaq ki, L.Yunus və həyat yoldaşı A.Yunus dövlətə xəyanət, vergidən yayınma və qanunsuz sahibkarlıqda ittiham olunurlar.

Avropa İttifaqı, ATƏT, AŞ, həmçinin bir çox beynəlxalq təşkilatlar onların həbsini siyasi motivli adlandırıb və azadlığa buraxılmalarını tələb edib.

Leyla və Arif Yunuslar Azərbaycanın hüquq -müdafiə təşkilatları və vəkilləri tərəfindən tərtib edilən 98 nəfərlik siyasi və vicdan məhbusunun yer aldığı vahid siyahıya daxil ediliblər.

334 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Leyla Yunus: “Mənə mənəvi və fiziki təzyiq edilir”

15 Ağustos 2014

By
@
backtotop