RATİ-nin əməkdaşı və ofisinin sahibi dindirilir

Bu gün saat 10.00-da Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) nümayəndəsi Günay İsmayılova və RATİ-nin icarəyə götürdüyü ofisin sahibi Şərqiyyə Hüseynova Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilir.

G. İsmayılova Turan-a bildirib ki, ona çağırış vərəqi göndərilməyib, müstəntiq şahid qismində dindirilməsi üçün dəvət edildiyini bildirib. G.İsmayılovanın dindirilməsində vəkil Yalçın İmanov iştirak edir.

Ş.Hüseynova isə Turan-a deyib ki, onu sadəcə dəvət ediblər. “Mən evimi qanuna uyğun olaraq icarəyə vermişəm. Müqaviləm var və vergi öhdəliyimi vaxtında yerinə yetirmişəm. İndi evimin qapılarını istintaq orqanı möhürləyib. Səbəbi mənə bəlli deyil. Evimi icarəyə verməklə ailəmi dolandırıram” , – o narazılığını bildirib.

Avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi RATİ-nin ofisində axtarış aparıb. Ofisdən 15 kompüter (prosessor və monitor), 7 noutbook, 3 kamera, 12 fotoaparat, çoxsaylı yaddaş kartları, 200-dən çox kaset, 200-dək disklər, 20-dən çox hard disklər, təhlükəsizlik kamerasının yaddaş diski, çoxsaylı sənədlər, – qrant müqavilələri, mühasibatlıq sənədləri, hüquqi sənədlər, möhürlər götürülüb. RATİ-nin direktoru Emin Hüseynovun ata evindən isə anasına məxsus kompüter, planşet və bir neçə sənəd götürülüb.

Avqustun 10-da prokurorluq RATİ-nin ofisinin qapılarını möhürləyib.

Xatırladaq ki, bu ilin mayında Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarına dair Ədliyyə Nazirliyindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə çoxsaylı ev və ofislərdə axtarış aparılıb. Çoxsaylı QHT və fiziki şəxslərin bank hesablarına həbs qoyulub. Artıq 4 nəfər QHT fəalı həbs edilib.

297 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

RATİ-nin əməkdaşı və ofisinin sahibi dindirilir

14 Ağustos 2014

By
@
backtotop