Patiyalar vətəndaş cəmiyyəti təmsilçilərini müdafiə edəcək

Klassik Xalq Cəbhəsi partiyasının (KXCP) qərargahında ölkədə vətəndaş cəmiyyəti institutları təmsilçilərinin son həbsləri və hüquqlarının müdafiəsilə bağlı dinləmələr keçirilib.

Dinləmə iştirakçıarı ölkədə siyasi məhbusların hüquqlarının müdafiəsilə bağlı həbsdə olan hüquq müdafiəçiləri Leyla Yunus və Rəsul Cəfərovun hazırladığı siyasi məhbus siyahısını dəstəklədiklərini bəyan eidblər. Bu siyahının əsas götürülməsi bütün siyasi məhbusların adlarının burada əksini tapması ilə əsaslandırılıb.

Dinləmələrdə vətəndaş cəmiyyətiinstitutları təmsilçilərinin həbsləri birmənalı pislənilib və onların azad olunmaları tələb olunub. Belə nəticyə nail olmaq üçün ölkənin bütün demokratik qüvvələrinin birliyi şərt olaraq irəli sürülüb. Bununla yanaşı həbsdə olanlardan təkcə tanınmış vəkil İntiqam Əliyevin müdafiəsi üçün müdafiə komitəsi yaradılması birmənalı qarşılanmayıb. “İqtidar həbs hədəfi kimi təkcə İntiqam Əliyevi seçməyib, bütünlükdə demokratik prosesi seçib, odur ki, təkcə şəxsi yox, demokratiyanı müdafiə qurumu yaradılmalıdır”-deyə Demokrat partiyasının sədri Sərdar Calaloğlu bildirib. Bundan əlavə, real nəticələrə nail olmaq üçün büün müxalif qüvvələrin bir araya gəlməsi qeyd edilib. Bununl yanaşı beynəlxalq birliyin ölkənin demokratik qüvvələrinə əhəmiyyətli dəstək verilməsi zərurət kimi ortaya qoyulub. Bu olmadğı halda ölkənin demokratik qüvvələrinin mübarizənin nəticə verməyəcəyi iddia edilib.

İ.Əliyevin həbsini natiqlər iqtidarın qırmızı xətti keçməsi kimi dəyərləndiriblər. İ.Əliyevin həbsindən sonra işləri Avropa məhkəməsində olan vətəndaşların demək olar ki, müdafiəsiz qaldıqları vurğulanıb. “İstər Leyla Yunusun, istər İntiqam Əliyevin həbsilə iqtidar cəmiyyətə “kimliyindən asılı olmayaraq istədiyimiz şəxsi həbs edə bilərik məsajı verib”-deyə Müsavat partiyasının başqanı İsa Qəmbər həbslərin mahiyyətinə toxunub. Bu həbslər iqtidarın ölkədə hüquq-müdafiə sistemini dağıtmağa, vətəndaşların hüquqlarını qorumasız hala salmağa hesabladığı deyilib. Digər tərəfdən L.Yunus, Rəsul Cəfərov, taleyi hələ də qeyri-müəyyən qalan Emin Hüseyn, vəkil İ.Əliyevin həbsləri ölkənin “danışan dillərinin kəslilməsi” kimi nəzərə çatdırılıb.

Son hay-küylü həbslərə baxmayaraq partiya təmsilçiləri durumu çıxılmaz saymayaraq bu həbslərə etiraz tədbirləri həyata keçriməyin mümkünlüyünü də söyləyiblər. Bununla bağlı partiya təmsilçiləri belə dinləmələrin formatını genişləndirməyi, daha çox qüvvələri bu formatın tərkibinə daxil etməyi vacib saydıqlarını xüsusi vurğulayıblar.

262 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Patiyalar vətəndaş cəmiyyəti təmsilçilərini müdafiə edəcək

12 Ağustos 2014

By
@
backtotop