9 partiya Həbs edilmiş hüquq müdafiəçilərinin hüquqlarını müdafiə Komitəsi yaradıb

Azərbaycan müxalifət qüvvələrinin nümayəndələri bu gün Klassik Xalq Cəbhəsi Partiyasının qərargah-mənzilində son zamanlar vətəndaş cəmiyyətinin görkəmli nümayəndələrinin həbsləri ilə bağlı dinləmələr keçiriblər.

Görüş iştirakçıları hüquq müdafiəçiləri Leyla Yunus və Rəsul Cəvərovun tərtib etdiyi siyasi məhbuslar siyahısına dəstək ifadə ediblər.

Çıxışlar zamanı hakimiyyətin repressiyalarına kütləvi müqavimətin təşkil edilməsi zərurəti haqqında fikir səslənib.

Görüş iştirakçıları siyasi partiyalar, gənclər təşkilatları və ziyalıların adından İntiqam Əliyevin müdafiəsi ilə bağlı xüsusi bəyanat qəbul ediblər.

Sənəddə qeyd edilir ki, Əliyev Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlərin Avropa standartlarına uyğun şəkildə tərtib edilməsində vətəndaşlara fəal şəkildə kömək edirdi və ərizəçiləri onun təmsil etdiyi bir çox işlər üzrə Azərbaycan hökumətinə qarşı qərarlar qəbul edilib. Hüquq müdafiəçisinin həbsindən sonra bu istiqamətdə iş xeyli zəifləyəcək.

Bundan başqa, bütün həbs edilmiş vətəndaş cəmiyyəti fəallarının hüquqlarını müdafiə Komitəsi yaratmaq və repressiyalara qarşı müqavimət məqsədilə digər müxalif qüvvələrlə məsləhətləşmələri davam etdirmək qərara alınıb.

Dinləmələrdə AKXCP, Müsavat, Liberal Partiya, Demokrat Partiyası, “Vahid Azərbaycan – Milli Birlik”, “Ümid”, Xalq Cəbhəsi, “Böyük Millət” Partiyası və “Azadlıq” partiyasının, habelə bir sıra gənclər təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

265 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

9 partiya Həbs edilmiş hüquq müdafiəçilərinin hüquqlarını müdafiə Komitəsi yaradıb

11 Ağustos 2014

By
@
backtotop