İsa Qəmbər İntiqam Əliyevin müdafiəsinə qoşulacaq

Müsavat Partiyasının başqanı İsa Qəmbər dünən saxlanılaraq Baş Prokurorluqda bir neçə saat dindirildikdən sonra Nəsmi rayon məhkəməsində barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmiş hüquqşünas İntiqam Əliyevin müdafiəsinə qoşulmaq fikrindədir. Bu barədə Müsavat lideri sosial şəbəkədəki səhifəsində müvafiq status paylaşıb.

İsa Qəmbər yazır: “İntiqam Əliyev Azərbaycanımızın ən ləyaqətli insanlarından biridir. Hələ gənc yaşlarında 1993-1995-ci illərdə mənim vəkilm olub, Heydər Əliyev-Surət Hüseynov tandeminin ilk repressiya dalğasında məni və digər siyasi məhbusları yüksək cəsarət və yüksək peşəkarlıqla müdafiə edib. İntiqam bəy bu gün də mənim vəkilimdir, AİHM-də mənim və seçki hüququ pozulmuş onlarla başqa insanın haqlarımızı qoruyur.
İndi bizim onun haqlarını qorumaq növbəmizdir.Ə gər İntiqam bəyin hüquqlarını müdafiə komitəsi yaradılacaqsa, məni də unutmayın. Bu məqam digər fədakar insanlarımıza da aiddir: Leyla xanım və Arif Yunus, Rasul Cəfərov, Emin Huseynov… Bəlkə də ümumi bir müdafiə komitəsi yaratmaq daha düzgün olar?”

Musavat.com

268 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

İsa Qəmbər İntiqam Əliyevin müdafiəsinə qoşulacaq

09 Ağustos 2014

By
@
backtotop