Qeyri-hökumət təşkilatları üçün qara gün

Ölkənin məşhur hüquqşünası həbs edildi; İntiqam Əliyevə 3 maddə üzrə 3 aylıq həbs qətimkan tədbiri seçildi; RATİ rəhbəri Emin Hüseynovun taleyindən xəbər yoxdur; ölkə xaricindən və daxilindən baş verənləri repressiya adlandırdılar; Novella Cəfəroğlu: “Müstəqil QHT-lərə qarşı basqı edirlər”
Hüquq Maarifçiliyi Cəmiyyətinin (HMC) prezidenti İntiqam Əliyev avqustun 8-də həbs edilib. Vəkil səhər saatlarında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb və evində axtarışa başlanılıb.

Bu barədə ölkə KİV-lərinə İntiqam Əliyevin oğlu Nəcmi Əliyev məlumat verib.
O deyib ki, atasını səhər aparıblar, daha sonra onun telefonuna zəng çatmayıb. Ardınca onun Saraydakı evində 10 nəfərə yaxın prokurorluq əməkdaşı axtarış aparıb.
Nəcmi Əliyevin dediyinə görə, evə gələn prokurorluq əməkdaşları ona axtarış aparmağa icazə ilə bağlı məhkəmə qərarı təqdim ediblər.

Qeyd edək ki, bir müddət əvvəl İntiqam Əliyevin rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin hesabına həbs qoyulub.

İntiqam Əliyev günorta saatlarında istintaqdan çıxıb, polisin müşayiəti ilə axtarış aparılması üçün rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisinə aparılıb.
Media təmsilçiləri və bir sıra partiyaların fəalları Azadlıq prospekti 71 ünvanında yerləşən ofisin qarşısına toplaşıblar.

Axtarış İntiqam Əliyevin iştirakı olmadan başlayıb. Hüquq müdafiəçisi özü ofisin qarşısında dayanan polis maşınında saxlanılıb. İntiqam Əliyevə «təqsirləndirlən şəxs» qismində ittiham elan olunub. Bunu ofisində axtarış aparılan zaman İntiqam Əliyev jurnalistlərə özü deyib:

“Ölkədə insan hüquqlarını müdafiə edənləri, seçkilərin saxtalaşdırılmasına etiraz edənləri, siyasi məhbusları müdafiə edənləri cinayətkar sayırlar. Mən də o, ”cinayətkar”lardan biriyəm. Dostlar, siz həbsdəkilərin müdafiəsi ilə məşğul olun, mənə ehtiyac yoxdur…”
Hadisə yerində olan müxbirimiz müsavat.com-a bildirib ki, müstəntiqin çağırışı əsasında ofisə gələn hüquqşünas Ənnağı Hacıbəyli də axtarış aparılan otağa buraxılmayıb. Bu barədə jurnalistlərə açıqlamasında o özü deyib: “Axtarış aparılan otağa məni buraxmadılar. Çox qarışıqlıq idi.

Mən İntiqam müəllimin uşaqlıq dostuyam. Əslində ona xidmətlərinə görə mükafat verilməlidir. Özüm də bilmirəm bu nədir – onun başına gələnlər. İntiqam Əliyev bu ölkənin, bu xalqın milli sərvətidir. Ona qarşı belə hərəkətlər heç bir çərçivəyə sığmır. Ona qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur. Məqsəd, sadəcə, ölkədə qalan azsaylı vətəndaş cəmiyyətinə birdəfəlik zərbə endirməkdir”.

Ənnağı Hacıbəylinin dediyinə görə, İntiqam Əliyev vəzifəli şəxsin səlahiyyətlərini və qrant vəsaitini mənimsəmədə ittiham olunur: “Belə ki, Ədliyyə Nazirliyi onun sonuncu dəfə Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti seçilməsini qeydə almayıb. İddia olunur ki, guya o, cəmiyyətin prezidentliyi vəzifəsini mənimsəyib. Bundan başqa, İntiqam Əliyev qrant müqaviləsi imzalayıb, pul banka köçürülüb, ancaq Ədliyyə Nazirliyi layihəni qeydə almadığına görə İntiqam müəllim o pulu heç hesabdan çıxarmayıb da. Pul qəpiyinə qədər bankdadır. Absurd ittiham irəli sürüblər ki, pulu mənimsəyib».

Axtarışdan sonra İ.Əliyev Nəsimi Rayon Məhkəməsinə aparılıb.

Məhkəmə prosesi 1 saat yarım çəkib. Məhkəmə binasının önündə çox saylı media nümayəndələri və hüquq müdafiəçiləri olub. İ.Əliyevin vəkili Anar Qasımlı media qarşısına çıxaraq bildirib ki, İntiqam Əliyevin barəsində CM-in 3 maddəsi ilə (192, 213, 308) 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

O deyib ki, müvəkkilinə qarşı əsas ittiham qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə olub. İ. Əliyevi ayrı-ayrı qrant layihələrini qanunsuz nəğdləşdirməkdə, onları qeydiyyatdan keçirməməkdə suçlayıblar. A. Qasımlı qeyd edib ki, bu hərəkətlər mövcud olsa belə, cinayət məsuliyyəti yaratmır, inzibati məsuliyyət yaradır: “Bunun qarşılığı cərimədir”.

A.Qasımlı deyib ki, məhkəmə prosesində İntiqam Əliyev də çıxış edib: “Onun çıxışı belə oldu: ”Mənim həbsimi sifariş ediblər, ona görə də buradayam, hakimdən də heç bir xahişim yoxdur, bilirəm ki, ona nə deyiblərsə, edəcəklər. Mənim həbsim bir siyasi sifarişdir, səbəbi də rejimə müxalif olan insanları müdafiə etməm, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparmam, kompromissiz mövqe sərgiləməyimdir”.
Vəkil deyib ki, onlar həbsə hazır idilər, buraya gələrkən bu nəticəni gözləyirdilər. Bütün bunlara baxmayaraq, bu qanunsuz həbsdən müvafiq qaydada şikayət veriləcək və mübarizə beynəlxalq müstəvidə davam etdiriləcək.

İ.Əliyevin oğlu Nəcmi Əliyev atasının həbsinin qanunsuz olduğunu bildirdi: “Əslində bu həbsi gözləyirdik. Atamı dörd divar arasında sındırmaq mümkün deyil. Əsas həbs olunmaq yox, mübarizənin davam etməsidir. Biz də sona qədər mübarizə aparacağıq”.
İntiqam Əliyev BDU-nun hüquq fakültəsini bitirib. Hüquqşünas fəaliyyətinə 1990-cı ildən başlayıb. 1999-cu ildən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. 20 ilə yaxındır ki, vəkillik fəaliyyəti ilə məşğul olur. Əsasən insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb. Avropa İnsan Hüquqları Məhkəməsinə 300-dən çox şikayət ünvanlayıb. 23 işi uğurla başa vurub.

Xəzər, Qərb, Azərbaycan, Odlar Yurdu universitetlərində mülki, mülki-prosessual, qeyri-kommersiya hüququ, insan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri fənlərindən dərs deyib.

Bir sıra beynəlxalq qurumların (ATƏT, Avropa Şurası, GTZ və s.) qanunvericilik və insan hüquqları məsələləri üzrə ekspertidir. 20-dən çox kitabın müəllifidir.
2013-cü il martın 4-də o, «People in Need» insan haqları təşkilatının mükafatına layiq görülüb.

«Homo Homini» adlanan mükafat hər il insan haqları sahəsində fədakarlıq göstərən fəallara verilir.

***
Avqustun 8-də günün ikinci yarısında Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun Səbayel rayonunda yerləşən ofisini də polis mühasirəyə alıb. Polis, prokuror və vergi müfəttişləri RATİ-nin ofisində axtarış aparmaq istəyiblər. Amma RATİ-nin əməkdaşları vəkilləri gələnə kimi onları ofisə buraxmayıb. Polis reportaja gələn jurnalistləri RATİ-nin yerləşdiyi ofisin həyətindən uzaqlaşdırmağa çalışıb. Bundan sonra əraziyə Post-Patrul Xidmətinin əməkdaşları da çağırılıb. Polislər yenidən ofisə girməyə cəhd göstərsələr də RATİ-nin ofisində qalan 6 əməkdaş qapını onlara açmayıb.
Xəbəri eşidən hüquq müdafiəçiləri Novella Cəfəroğlu və Səidə Qocamanlı RATİ-nin ofisinə gəliblər. Lakin ərazidə polis postu qurulduğundan onları ofisin yerləşdiyi binanın həyətinə buraxmayıblar. Baş Prokurorluğun əməkdaşları hüquq müdafiəçilərinə məlumat verib ki, ofisdə axtarış aparılması ilə bağlı məhkəmə qərarı var. Onlar hüquq müdafiəçilərindən xahiş ediblər ki, ərazidən uzaqlaşsınlar və onların qanuni fəaliyyətinə mane olmasınlar.
Hadisə ilə bağlı “Yeni Müsavat”a açıqlama verən hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, bu, müstəqil QHT-lərə basqıdır: “Sanki bir dalğa başlayıb. Müstəqil QHT-lərə basqı edirlər. Gəldik ki, RATİ-yə olan basqının səbəbini öyrənək. Hüquq-mühafizə orqanlarının əməkdaşları bizi ofisin yerləşdiyi binanın həyətinə belə buraxmadı”.

Təxminən 4 saatlıq gözləmədən sonra polis əməkdaşları RATİ-nin ofisinə girməyi bacarıblar. Ofisdə qalan əməkdaşlar çölə çıxarılıb və yoxlamalara başlanılıb. Hüquq-mühafizə orqanları axtarışlarla bağlı jurnalistlərə heç bir açıqlama verməyiblər.
Daha sonra RATİ-nin ofisinə Baş Prokurorluğun daha bir neçə əməkdaşı gəlib.
Meydan TV xəbər verib ki, RATİ sədrinin bank hesablarına və ölkədən çıxışına da qadağa qoyulub. O, Respublika Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə aparılıb.
Virtualaz.org saytı isə xəbər verib ki, E.Hüseynovun telefonuna zəng çatmır: “RATİ əməkdaşlarının onunla telefon əlaqəsi yaratmaq cəhdləri saatlardır ki, nəticəsiz qalıb”.
Daha sonra məlumat yayıldı ki, RATİ-nin rəhbəri Emin Hüseynov saxlanılmayıb, o, ABŞ-ın Azərbaycandakı səfirliyindədir.

Axşam saatlarında bəlli olub ki, RATİ-nin ofisində araşdırma aparan prokurorluq əməkdaşları ofisdəki bütün kompüter və sənədləri aparıblar. Həmçinin RATİ-nin digər ofisində də axtarış aparmağa cəhd ediblər.

ABŞ səfirliyindən isə musavat.com-a bildirilib ki, Emin Hüseynov ABŞ səfirliyində ümumiyyətlə olmayıb. Qəzetimiz çapa gedənə qədər onun yeri və taleyi haqda dəqiq məlumat yox idi.
***
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycanda azad media fəallarına və təşkilatlarına qarşı təqiblərin intensivləşməsindən hiddətlənib.
Avqustun 8-də yayılan press-relizdə deyilir ki, kimliyi bilinməyən bir qrup şəxs Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisinə daxil olmağa çalışdığı vaxt Prokurorluğun nümayəndələri RATİ-nin rəhbəri Emin Hüseynovun anasının evində axtarış aparıblar və onun anasının kompüterini aparıblar.

Avqustun 5-də isə Emin Hüseynovu Bakı Hava Limanından çıxmağa qoymayıblar. O, İstanbula – təcili tibbi müalicə almağa gedirdi. Onun səyahətinə niyə qadağa qoyulduğu izah edilməyib.

Miyatoviç Azərbaycan hakimiyyətini medianı və azad səxsləri təqib etməyi dayandırmağa çağırır və son vaxtlar Azərbaycanda baş verənləri xatırladır:
“Media Hüququ İnstitutunun və onun rəhbəri Rəşid Hacılının bank hesabları dondurulub. Ümumiyyətlə, hazırda Azərbaycanda 10-dan çox media nümayəndəsi həbsdədir”.
Miyatoviç vurğulayır ki, onlara qarşı cinayət işləri böhtan kampaniyası ilə müşayiət olunur.
Miyatoviç Azərbaycanda ifadə azadlığının gerilədiyini bildirir və Azərbaycan hökumətini ATƏT qarşısında götürdüyü öhdəliklərə əməl etməyə çağırır. O, hökumətin diqqətinə çatdırır ki, jurnalistlər azad mühitdə işləyə bilməlidir.

Miyatoviç əmindir ki, yaxın vaxtlarda Bakıya gələcək və onun səfəri bu məsələlərin həllinə kömək edə biləcək (AzadlıqRadiosu).

314 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Qeyri-hökumət təşkilatları üçün qara gün

09 Ağustos 2014

By
@
backtotop