İntiqam Əliyev saxlanılıb (video)

“Hüquq Maarifçiliyi” Cəmiyyətinin sədri, tanınmış hüquqşünas İntiqam Əliyev avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilir, səhər saatlarından onun evində axtarış aparılır. Bu barədə Turana İntiqam Əliyevin qızı Nərmin Əliyeva bildirib.

Xatırladaq ki, bir neçə gün öncədən prokurorluq, vergi və ədliyyə əməkdaşları “Hüquq Maarifçiliyi” Cəmiyyətində yoxlama aparırdı. Məhkəmə cəmiyyətin bank hesabına həbs qoyub.

Bu ilin mayında Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarına dair Ədliyyə Nazirliyindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Qeyri-rəsmi mənbələrə görə, artıq 12 QHT və 13 fiziki şəxsin bank hesabına həbs qoyulub. 3 tanınmış hüquq müdafiə fəalı həbs edilib.

Son məlumata görə Əliyev “Hüquq Maarifçiliyi” Cəmiyyətinin axtarış aparlıması üçün gətirilib.

Əliyey jurnalistlərə deyib ki, ona qarşı ittiham irəli sürülüb. İndii Azərbaycanda insan hüquqları ilə məşğul olan, korrupsiya ilə mübarizə aparan, seçki saxtakarlıqlarını ifşa edən insanları həbs edirlər, deyə daha sonra o əlavə edib.

Bundan sonra danışmağı ona imkan verməyiblər.

282 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

İntiqam Əliyev saxlanılıb (video)

08 Ağustos 2014

By
@
backtotop