BQXK hüquq müdafiəçiləri Yunuslar barədə məlumat vermir, amma erməni əsirlərinə baş çəkdiyini deyir

Beynəlxalq Qızıl Xaç Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Turan-ın “Milli Şuranın sədri Cəmil Həsənlinin BQXK-də görüşü zamanı həbsdə olan Leyla və Arif Yunuslara baş çəkilməsi və onlara dərmanların çatdırılması ilə bağlı xahişi yerinə yetirilibmi?”, sualının cavabda bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi həmin şəxsi qəbul edib, məlumatlarını dinləyib və bu məlumatlar nəzərə alınıb.

Onun sözlərinə görə, BQXK mütəmadi olaraq saxlanma yerlərinə baş çəkir. “Bununla yanaşı, BQXK hansı saxlanma yerində olduğu və kimlərə baş çəkdiyi ilə bağlı ictimaiyyətə məlumat vermir”, deyə o qeyd edib.

Bununla belə, BQXK-nin ictimaiyyətlə əlaqələr şöbəsi digər informasiya agentliyinə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşlarının Azərbaycanda saxlanılan bir erməni əsir və 5 mülki şəxsə baş çəkdiyi barədə məlumat verib.

BQXK-nin Azərbaycan nümayəndəliyi bildirib ki, başçəkmə avqustun 6-da həyata keçirilib. Saxlanılan şəxslərə ailə məlumatları ötürülüb və eyni qaydada, ailə məlumatları alınıb.

213 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

BQXK hüquq müdafiəçiləri Yunuslar barədə məlumat vermir, amma erməni əsirlərinə baş çəkdiyini deyir

07 Ağustos 2014

By
@
backtotop