Azərbaycan hüquq müdafiəçilərinin qorunması üzrə Aİ prinsiplərinə əməl etmir

Azərbaycanda hüquq müdafiəçilərinin vəziyyəti son zamanlar beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Qeyri-hökumət təşkilatları, qrantlar və vergilərlə bağlı qanunvericiliyə edilən əlavə və dəyişikliklər bir çox tanınmış QHT-lərə təzyiqlərə yol açıb və onların fəaliyyətini iflic edib.

Bununla bağlı Ukrayna Vətəndaş Azadlıqları Mərkəzi Avropa Komissiyasının dəstəyi ilə Azərbaycana səfərini başa vurub. Qeyd edək ki, səfər zamanı təşkilat monitorinq aparıb, Azərbaycanda bir sıra QHT-lərin təmsilçiləri və jurnalistlərlə görüşlər keçirərək yuxarıda qeyd etdiyimiz problemləri müzakirə edib. Bu barədə Turan-a daxil olan məlumatda deyilir.

Ukrayna Vətəndaş Azadlıqları Mərkəzi Azərbaycan Hüquq Müdafiə Mərkəzi ilə “Vətəndaş Həmrəyliyi” Beynəlxalq Platforması çərçivəsində partnyor olaraq fəaliyyət göstərir. Səfərin nəticələri və “dəyirmi masa”nın yekunu olaraq Ukrayna Vətəndaş Azadlıqları Mərkəzi beynəlxalq təşkilatlar və hüquq müdafiə ictimaiyyəti üçün hesabat hazırlayacaq.

QHT-lərin dövlət qeydiyyatına alınmaması, ifadə azadlığının təmin olunması, diffamasiyanın dekriminilizasiyası, təşkilatların hesabatlılığı çətinləşir və QHT-lərə qarşı cəzaların tətbiq olunmasının spektri genişlənir. Hətta bəzi təşkilatların və aktivistlərin siyasi motivlərlə təqib olunması hallarını bir kənara qoysaq belə, bu gün ölkədə mövcud olan bürokratiya ilə QHT-lər inkişaf edə bilməzlər, eyni zamanda, məmurlarla hüquq müdafiəçiləri arasında münasibətlər normallaşa bilməz.

Azərbaycan bağlı olduğu Avropa Komissiyasının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində 2004- cü ildə qəbul olunmuş “Hüquq müdafiəçilərinin müdafiəsi ilə bağlı Avropa İttifaqının rəhbər prinsipləri” çərçivəsində üzərinə öhdəliklər götürüb. Eyni zamanda Azərbaycan hazırda sədrlik etdiyi Avropa Şurası Nazirlər Kabinetində vətəndaş cəmiyyətinin normal fəaliyyət göstərməsi sahəsində Avropa normalarına riayət olunması ilə bağlı xüsusi məsuliyyət daşıyır.

Ukrayna Vətəndaş Azadlıqları Mərkəzi 2007-ci ildə Kiyev şəhərində təsis edilib. Təşkilat insan haqları, demokratiya və həmrəylik, Ukrayna və Avrasiyada insan ləyaqəti prinsiplərinintəsdiqi və inkişaf etdirilməsinin təsdiqi və inkişaf etdirilməsi ilə bağlı fəaliyyət göstərir. Ukrayna Vətəndaş Azadlıqları Mərkəzinin fəaliyyətinin əsas məqsədi fundamental haqlar və insan azadlığının müdafiəsidir. Mərkəz həm də hökumət və regional idarəetmə üzərində insan haqlarının təmin olunması ilə bağlı ictimai nəzarət həyata keçirir. Mərkəz gənclərlə işləyir və gənc hüquq müdafiəçilərinin yetişdirilməsi istiqamətində çalışır. Ukrayna Vətəndaş Azadlıqları Mərkəzinin hədəfləri – insan ləyaqətinə hörmət, effektlilik, peşəkarlıq, məsuliyyətlilik, şəffaflıq və açıqlılıqdır.

324 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Azərbaycan hüquq müdafiəçilərinin qorunması üzrə Aİ prinsiplərinə əməl etmir

07 Ağustos 2014

By
@
backtotop