Dunya Miyatoviç: “Azərbaycan hakimiyyətini dərhal Rəsul Cəfərovu azad etməyə çağırıram”

ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç avqustun 2-də hüquq müdafiəçisi Rəsul Cəfərov həbs olunduqdan sonra KİV-ə hücumların davam etməsindən narahatlığını bildirib.

Miyatoviç öz bəyanatında Azərbaycanda KİV azalığını dəstəkləyən QHT-lərin təqib olunması ilə həyəcanını ifadə edib. Nəticədə onların işi faktiki olaraq dayandırılıb.

“Görünür, bu hərəkətlər azad fikrin və KİV azadlığının məqsədyönlü şəkildə susdurulmasına yönələn kampaniyanın tərkib hissəsidir.

Mən hakimiyyəti dərhal Rəsul Cəfərovu azad etməyə, tənqidi səslərə qarşı təqiblərə son qoymağa çağırıram”, – o qeyd edib.

Mayda Baş Prokurorluq xarici və yerli QHT-lərə qarşı cinayət araşdırmasına başlayıb. Bura Danimarkanın International Media Support və Amerikanın IREX təşkiatları da daxildir. Onlar sui-istifadələrdə və saxtakarlıqda şübhəli bilinirlər. Hər iki təşkilat Azərbaycanda söz azadlığı ilə bağlı layihələri dəstəkləyir, onların bank hesabları dondurulub.

Həmçinin Repotrorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bank hesabları dondurulub və nəticədə qurum öz fəaliyyətini dayandırmalı olub.

“Media üzrə QHT-lər jurnalistlərə və bütün mediaya mühüm dəstək göstərirlər. Onları qorxutmaq üçün istənilən hərəkətləri etmək və ya onların işinə müdaxilə ATƏT çərçivəsində öhdəliklərə ziddir”,- Miyatoviç vurğulayıb.

O həmçinin öz tənqidi reportajları ilə seçilən “Azadlıq” qəzetinin maliyyə çətinliyi səbəbindən nəşrini dayandırmağa məcbur olmasından təəssüfləndiyini bildirib.

260 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Dunya Miyatoviç: “Azərbaycan hakimiyyətini dərhal Rəsul Cəfərovu azad etməyə çağırıram”

06 Ağustos 2014

By
@
backtotop