Apellyasiya Məhkəməsi Fərəc Kərimlini həbsdə saxlayıb

img1608528
Avqustun 1-də Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyasının gənc fəalı Fərəc Kərimlinin narkotik saxlamaq və satmaq ittihamı ilə qanunsuz həbsi barədə şikayəti təmin etməyib.

Bu barədə Turan-a onun vəkili Nemət Kərimli bildirib.

Onun sözlərinə görə, fəalın özünü pis hiss etmsi ilə əlaqədar prosesi təxirə salmaq xahişinə baxmayaraq, Apellyasiya Məhkəməsi şikayətə baxıb.

Vəkil qeyd edib ki, F.Kərimlinin həbsi haqqında qərar qanunsuz olub, belə ki, saxlanılma və ittiham irəli sürülməsi zamanı onun hüquqları pozulub.

Gənc doğmalarına saxlanıldığı haqqında məlumat vermək imkanındanməhrum edilib.

Məhkəmə fəalın etibar etdiyi vəkil olmadan həbs qərarı qəbul edib.

Vəkil N.Kərimli iyulun 23-də saxlanılan müvəkkili ilə ilk dəfə avqustun 1-də Apellyasiya Məhkəməsində görüşüb. Lakin onunla ətraflı danışa bilməyib. Avqustun 2-də vəkil istintaq təcridxanasında F.Kərimliyə baş çəkmək və onun DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində işgəncələrə məruz qalıb-qalmadığının aydınlaşdırmaq niyyətindədir.

F.Kərimli iyulun 23-də saxlanılıb, ayın 24-də Nərimanov rayon məhkəməsi onun barəsində üç ay həbs qətimkan tədbiri seçib. Eyni ittihamla iyulun 17-də fəalın qardaşı Sirac Kərimli həbs edilib.

Müsavat Partiyasında Kərimli qardaşlarının müxalifət fəaliyyətinə və Fərəc Kərimli facebook-da fəal olduğuna görə təqib edildiyini hesab edirlər.

267 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Apellyasiya Məhkəməsi Fərəc Kərimlini həbsdə saxlayıb

02 Ağustos 2014

By
@
backtotop